Yüklənir...
Местоположение: Bakı
“Absheron Hospitality Group” MMC “Obyektlərin istismarı və texniki xidməti üzrə menecer” vəzifəsinə yüksək təcrübəli namizəd axtarır; Əsas öhdəliklər: Müəssisənin balansında olan bina, tikili, inzibati və digər təyinatlı obyektlərin texniki istismarını təşkil etmək və onların işlək vəziyyətdə saxlanılmasını təmin etmək; Obyektlərin elektrik təchizatı, su təchizatı və kanalizasiya, istilik, havalandırma, kondisioner, yanğın təhlükəsizliyi və digər mühəndis-kommunikasiya sistemlərinin istismarına nəzarət etmək; Obyektlərin və texniki avadanlıqların vəziyyətini mütəmadi yoxlamaq, texniki baxışların keçirilməsini təşkil etmək, aşkar edilmiş nasazlıqların vaxtında aradan qaldırılması üçün müvafiq tədbirlər görmək; Binaların, tikililərin, mühəndis sistemlərinin və avadanlıqların profilaktik, planlı və cari təmir işlərinin qrafiklərini hazırlamaq, icrasını təşkil etmək və nəticələrinə nəzarət etmək; Obyektlərdə texniki xidmət və təmir işlərinin görülməsi üçün tələb olunan texniki sənədlərin, istismar təlimatlarının, baxış aktlarının, nasazlıq qeydlərinin və digər müvafiq sənədlərin hazırlanmasını təmin etmək; Obyektlərin gündəlik istismarı ilə əlaqədar digər struktur bölmələrdən daxil olan müraciətlərin və texniki problemlərin qeydiyyatını, prioritetləşdirilməsini və vaxtında həllini təşkil etmək; Tabeliyində olan əməkdaşların fəaliyyətini təşkil etmək, onların iş bölgüsünü aparmaq, işlərin keyfiyyətinə və icra müddətlərinə nəzarət etmək və işçilərin peşəkar inkişaflarına dəstək göstərmək; Obyektlərin istismarı ilə bağlı riskləri müəyyən etmək, mümkün qəza və fəaliyyət fasilələrinin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görmək və fövqəladə hallara hazırlıq tədbirlərinin təşkilində iştirak etmək; Obyektlərin istismarı və texniki xidməti ilə bağlı rəhbərlik tərəfindən verilən, vəzifənin məqsəd və funksiyalarına uyğun olan digər tapşırıqları yerinə yetirmək Vəzifə üzrə əsas tələblər Müvafiq sahədə 5 il iş təcrübəsinin olması; Bina və tikililərin texniki istismarı, saxlanılması və təmiri üzrə prinsip və qaydaları bilmək; Texniki xidmət və təmir büdcəsinin hazırlanması, xərclərin planlaşdırılması və optimallaşdırılması üzrə prinsipləri bilmək; Ehtiyat hissələrinin, texniki avadanlıqların və istismar materiallarının satın alınması, saxlanılması və istifadəsinin idarə edilməsi prinsiplərini bilmək; Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, texniki təhlükəsizlik və sanitariya-gigiyena üzrə müvafiq normativ tələbləri bilmək; Effektiv idarəetmə və qərar qəbul etmə bacarığının olması; Analitik düşünmə və məlumatların təhlili bacarığının olması; Komanda idarəetməsi və liderlik bacarıqlarının olması; Problemlərin həlli və böhran vəziyyətlərinin idarə edilməsi bacarığının olması; Vaxtın və resursların səmərəli idarə olunması bacarığının olması; Rus və ya İngilis dili biliklərinin olması; Microsoft Office (Word, Outlook, Excel) proqramlarından istifadə bacarığı; Qeyd olunan kriteriyalara uyğun olan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur; Yalnız tələb olunan kriteriyalara cavab verən namizədlərlə əlaqə saxlanılacaq.