Karqo idarəsi / Karqo satış qrupu / Aparıcı analitik - Azerbaijan Airlines

Местоположение: Bakı

Təsvir Karqo daşımaları üzrə məlumatları toplamaq, yoxlamaq və təhlil etmək; Satış, gəlir və reyslərin yüklənmə göstəriciləri üzrə hesabatlar hazırlamaq; Marşrutlar və agentlər üzrə satış nəticələrini müqayisə etmək və qiymətləndirmək; Plan və faktiki göstəricilər arasındakı fərqləri təhlil etmək, kənarlaşmaların səbəblərini müəyyənləşdirmək; Satış və gəlirlilik göstəriciləri üzrə proqnozlar hazırlamaq; Əməliyyat səmərəliliyinin artırılması üçün təkliflər vermək; Analitik hesabatların avtomatlaşdırılması prosesində iştirak etmək. Tələblər Ali təhsil; Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi; MS Office proqramları, xüsusilə MS Excel üzrə biliklər; Power BI proqramı üzrə biliklər; Azərbaycan, ingilis və rus dillərini bilmək; Analitik düşünmə, məlumatları təhlil etmək və nəticələr çıxarmaq bacarığı; Yazılı və şifahi ünsiyyət bacarıqları; Problemlərin həlli və qərarvermə bacarıqları; Təqdimat və danışıqlar aparmaq bacarığı; Komandada işləmək, öyrənməyə açıq olmaq və dəyişikliklərə uyğunlaşmaq bacarığı. İş qrafiki: 5 günlük. İş yeri: Heydər Əliyev adına Beynəlxalq Hava Limanı Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər  Müraciət et  düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.