Местоположение: Bakı
"Azerbaijan Automobiles" şirkətinə “ AI ( Süni intellekt ) Kontent üzrə Mütəxəssis“ tələb olunur : Əsas vəzifə öhdəlikləri AI alətləri vasitəsilə sosial media və reklam kampaniyaları üçün şəkil, video və digər kontentlər hazırlamaq. Verilən ideya və briflər əsasında uyğun promptlar yazmaq, nəticələri təkmilləşdirmək və istifadəyə hazır vəziyyətə gətirmək. Məhsul şəkilləri əsasında fərqli fonlar, səhnələr, animasiyalar və kreativ konseptlər yaratmaq. Hazırlanan materiallarda avtomobilin modelini, proporsiyalarını, loqolarını və digər vacib detallarını düzgün qorumaq. AI ilə yaradılan materialların ilkin montajını, səs, subtitr və format uyğunlaşdırılmasını həyata keçirmək. Yeni AI alətlərini və trendləri izləmək, komandanın işində tətbiq oluna biləcək həllər təklif etmək. Marketinq və kontent komandası ilə birlikdə ideyalar hazırlamaq və operativ icra etmək. İş qrafiki: Həftə içi 6 gün. İş ünvanı: Bakı şəh, Babək prospekti. Namizədə tələblər Ali təhsil AI ilə şəkil və video yaratmaq sahəsində praktiki təcrübə. Şəkil yaratma alətlərindən — Midjourney, ChatGPT, Adobe Firefly və ya alternativlərdən istifadə bacarığı. Video yaratma alətlərindən — Runway, Kling, Veo və ya alternativlərlə işləmək bacarığı. Prompt yazmaq, referanslarla işləmək və ardıcıl vizual nəticələr əldə etmək bacarığı. Vizual zövq, kompozisiya və sosial media kontent formatları barədə anlayış. CapCut və ya oxşar proqramda baza montaj bacarığı. Portfolio təqdim etmək — namizədin AI vasitəsilə hazırladığı şəkil və video işlərini nümayiş etdirməsi üstünlük deyil, seçim zamanı əsas qiymətləndirmə meyarlarından biri kimi nəzərə alınacaq.Yeni alətləri sürətlə öyrənmək, detallara diqqət və son tarixlərə riayət etmək. Maraqlanan şəxslərdən CV formalarını mövzu yerində " AI Kontent üzrə Mütəxəssis " qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur. Diqqət: Yalnız qeyd olunmuş şərtlərə cavab verən namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.