Местоположение: Bakı
Vəzifə öhdəlikləri: Şöbənin Əsasnaməsinə əsasən müəyyən edilmiş vəzifələrin icrasını həyata keçirir; Əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Agentliyin kadr məsələlərinin rəsmiləşdirilməsini, o cümlədən vəzifəyə təyin, azad edilmə, bir iş yerindən başqasına keçirilmə, vəzifə artımı və s. üzrə aidiyyəti işləri yerinə yetirir; Şöbədə kargüzarlıq işlərini qanunvericiliyə uyğun aparır, işçilərin şəxsi işlərini formalaşdırır və aparır; İnsan resurslarının idarə edilməsi ilə bağlı normativ sənədlərin hazırlanmasında iştirak edir; Kadrların seçilməsi və düzgün yerləşdirilməsini təmin edir; Kadr axınını təhlil edir və tələbə uyğun potensial ehtiyat işçi bazası üçün məlumatları təqdim edir; Yeni əməkdaşlar üçün adaptasiya tədbirlərini həyata keçirir; Daxili intizam qaydalarına əməl edilməsinə nəzarət edir; Agentlikdə işçilərin əmək fəaliyyətinin və peşəkarlıq səviyyəsinin qiymətləndirilməsinin keçirilməsi ilə əlaqədar üzərinə düşən vəzifələri yerinə yetirir, tələb edilən materialları hazırlayır, qiymətləndirmə işinin təşkilində iştirak edir; Agentliyin fəaliyyət sahələrinə uyğun mütəxəssislərin inkişaf etdirilməsi və təlimi proqramları, işçilərin mükafatlandırılması və motivasiya tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar üzərinə düşən vəzifələri yerinə yetirir; İşçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparır, məzuniyyətdən vaxtında, tərtib edilmiş qrafik üzrə istifadə edilməsinə nəzarət edir; Kadrlar üzrə hesabatları, iş vaxtının uçotu tabellərini tərtib edir; Agentliyin kadrlar üzrə aidiyyəti əmr və göstərişlərinin layihələrini əmək qanunvericiliyinə uyğun tərtib edir; Agentliyin insan resurslarının informasiya sisteminə (1С və s.) və elektron hökumət portalına kadr məlumatlarını, o cümlədən əmək müqavilələrinin rəsmiləşdirilməsi, uzadılması, onlara əlavə və dəyişikliklərin edilməsi, xitamı, işçilərin yerdəyişməsi və hərəkəti barədə məlumatları daxil edir, vaxtı-vaxtında qeydiyyatını aparır, sistemdən lazımi çıxarışların uçotunun aparılmasını və arxivləşdirilməsini həyata keçirir; Şöbənin qarşısına qoyulan vəzifələri yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər strukturlarından zəruri məlumat və sənədlərin alınması üçün müraciət edir; Şöbəyə daxil olan ərizə, müraciət, təklif və şikayətlərin araşdırılması və cavablandırılması işində iştirak edir; İşçilərin performans göstəricilərinin ölçülməsi və qiymətləndirilməsində prosesində iştirak edir; Şöbə müdiri tərəfindən verilən tapşırıq və vəzifələri icra edir; Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır; Şöbənin Əsasnaməsi ilə üzərinə düşən vəzifələrin icrası məqsədi ilə qanunvericiliklə qadağan edilməyən digər zəruri işləri yerinə yetirir. Tələblər: Ali təhsil (İnsan Resursları və Biznesin idarə olunması sahələri üzrə təhsil üstünlükdür) ; Müvafiq sahə üzrə 1- 3 il iş təcrübəsi; Yaş həddi 25-40 aralığı; MS Office proqramları və avtomatlaşdırılmış əməliyyat sistemlərində səriştəli iş təcrübəsi (1C (8.3 UPP) proqramı üzrə təcrübə arzuolunandır); Azərbaycan dilini səlis bilməli, rus və ingilis dilləri arzuolunandır; Kadr sənədləşməsinin aparılması (əmrlər, şəxsi işlər və s.); Adaptasiya, qiymətləndirmə və inkişaf proseslərinin təşkili üzrə təcrübə; Əməkhaqqı, məzuniyyət, ezamiyyə xərcləri və iş vaxtının uçotu üzrə əsas biliklər; Analitik düşünmə və hesabat hazırlamaq bacarığı; İşçilərin performans göstəricilərinin ölçülməsi və qiymətləndirilməsi üzrə iş təcrübəsi; Rəqəmlərlə işləmə bacarığı; Fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti; Komandada işləmə bacarığı. Digər: Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma. İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84. Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini (CV-lərini) Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını ( İnsan resursları şöbəsi - Mütəxəssis) qeyd edin.