Yüklənir...
Местоположение: Bakı
Azərbaycan Respublikası Kosmik Agentliyi (Azərkosmos) “Süni intellekt mühəndisi” vakansiyası üzrə işçi qəbulu elan edir Öhdəliklər: Kompüter görməsi və dərin öyrənmə modellərinin hazırlanması Elmi tədqiqatların aparılması və elmi ədəbiyyatdan əldə olunan nəticələr əsasında praktiki həllərin yaradılması Miqyaslanan data emalı konveyerlərinin yaradılması və inkişafı Tədqiqat, avtomatlaşdırma və intellektual tətbiqlər üçün AI agentlərinin və alət əsaslı iş axınlarının dizayn edilməsi və inteqrasiyası Təmiz, səmərəli, saxlanılması asan, test edilə bilən və production səviyyəli kodun dizayn edilməsi, qurulması və tətbiq edilməsi Bulud və GPU əsaslı infrastrukturdan istifadə edərək maşın öyrənmə modellərinin istifadəyə verilməsi və istismar edilməsi İstifadədə olan sistemlərdə maşın öyrənmə modellərinin performansının və effektivliyinin təhlili Mövcud modellərin və framework-lərin dəqiqliyinin, dayanıqlılığının və hesablama səmərəliliyinin təkmilləşdirilməsi Yüksək keyfiyyətli data dəstlərinin yaradılması və saxlanılması, o cümlədən datanın yoxlanılması, etiketlənməsi, validasiyası və təmizlənməsi Tələblər: Kompüter elmləri, süni intellekt, mühəndislik, riyaziyyat və ya oxşar texniki sahələrdə təhsil Yüksək səviyyədə Python proqramlaşdırma biliyi İnkişaf etməkdə olan AI texnologiyalarını araşdırmaq, onlar üzrə eksperimentlər aparmaq və tənqidi qiymətləndirmək bacarığı Təsvirlərin seqmentasiyası, obyektlərin aşkarlanması, təsvirlərin klassifikasiyası, generativ modelləşdirmə və əlaqəli kompüter görməsi tapşırıqları üzrə dərin öyrənmə metodologiyalarının tətbiqində güclü nəzəri və praktiki biliklər Dərin öyrənmə kitabxanaları ilə güclü praktiki bilik və kodlaşdırma təcrübəsi (xüsusilə PyTorch) Model təlimi, qiymətləndirilməsi, optimallaşdırılması və xəta analizi üzrə yaxşı anlayış Elmi ədəbiyyatda qabaqcıl anlayışları başa düşmək və tətbiq etmək üçün güclü riyazi qabiliyyət Modulyar dizayn, test etmə, versiya nəzarəti və clean code prinsipləri daxil olmaqla güclü proqram mühəndisliyi bilikləri Üstünlük verilən bacarıqlar: Peyk təsvirləri, məsafədən müşahidə və ya geoməkan Sİ ilə iş təcrübəsi arzuolunandır Amazon AWS, Google Cloud və ya Microsoft Azure kimi bulud əsaslı həllər ilə təcrübə Foundation models, Vision-Language Models, multimodal AI və ya generative AI ilə iş təcrübəsi AI agentləri, tool calling, RAG və ya agentic workflows ilə tanışlıq Docker, MLOps, model serving və ya GPU əsaslı infrastruktur ilə iş təcrübəsi GDAL, Rasterio, GeoPandas və ya oxşar geospatial alət və kitabxanalar ilə tanışlıq Bu meyarlara uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “ Machine Learning Engineer ” başlığı ilə göndərə bilərlər.