Baş Ofisiant - Azersun Holding

Местоположение: Bakı

Müəssisə:  Balıqlı Göl Ailəvi İstirahət Mərkəzi Vəzifəyə tələblər: Orta ixtisas və ya ali təhsil arzuolunandır. Restoran, hotel və ya ictimai iaşə sahəsində iş təcrübəsi. Xüsusilə rəhbər və ya böyük ofisiant vəzifəsində təcrübənin olması üstünlükdür.  Müştəri xidməti və xidmət standartları üzrə biliklər. Komanda idarəetmə və iş bölgüsü aparmaq bacarığı. Güclü ünsiyyət və təşkilatçılıq bacarığı. Stressli vəziyyətlərdə düzgün qərar qəbul etmək bacarığı. Müştərilərlə nəzakətli və peşəkar ünsiyyət qurmaq bacarığı. Xarici görünüş və şəxsi gigiyena qaydalarına diqqət yetirmək. Məsuliyyətli, intizamlı və operativ olmaq. Vəzifə öhdəlikləri: Ofisiantların gündəlik iş bölgüsünü həyata keçirmək və işçilərin fəaliyyətini koordinasiya etmək. Müştərilərin qarşılanması, yerləşdirilməsi və yüksək səviyyədə xidmət göstərilməsinə nəzarət etmək. Ofisiantların xidmət standartlarına uyğun fəaliyyət göstərməsini təmin etmək. Restoran zalının işə başlamazdan əvvəl hazırlanmasına, masa və digər xidmət sahələrinin səliqəli vəziyyətdə olmasına nəzarət etmək. Menyunun, süfrə ləvazimatlarının və digər xidmət vasitələrinin hazır vəziyyətdə olmasını təmin etmək. Müştərilərin sifarişlərinin düzgün qəbul edilməsinə və vaxtında təqdim olunmasına nəzarət etmək. Sifarişlərin mətbəxə və digər aidiyyəti bölmələrə düzgün çatdırılmasını koordinasiya etmək. Müştərilərdən daxil olan irad və təklifləri qəbul etmək, onların operativ şəkildə həll edilməsini təmin etmək. Xidmət zamanı yaranan problemləri müəyyən etmək və rəhbərliyə məlumat vermək. Yeni işə başlayan ofisiantların iş prosesinə uyğunlaşmasına və xidmət standartlarını mənimsəməsinə dəstək olmaq. Müştərilərə təqdim olunan məhsul və xidmətlər barədə ofisiantların düzgün məlumatlandırılmasını təmin etmək. Hesabların müştərilərə düzgün təqdim edilməsinə və ödəniş prosesinin müəyyən edilmiş qaydalara uyğun aparılmasına nəzarət etmək. Müəssisənin xidmət keyfiyyətinin yüksəldilməsi ilə bağlı rəhbərliyə təkliflər vermək. İş vaxtının norması: Növbəli iş rejimi. Həftəlik istirahət günü. Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər: Əmək haqqı: Razılaşma yolu ilə. Nahar şirkət tərəfindən təmin edilir. Ünvan:  Bakı şəhəri. Balıqlı Göl Ailəvi İstirahət Mərkəzi, Qala yolu. Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Baş ofisiant” qeyd etməyiniz xahiş olunur.