Местоположение: Bakı
Tələblər: Təhsil: Ali (texniki təhsil) İxtisası: Mühəndis Təcrübə: 5 il Kompyuter biliyi: MS Office proqramları Dil bilikləri: Azərbaycan, Rus, İngilis dilləri Kompüter bilikləri: Solidworks, CNC proqramlar, MS Office proqramları Sənaye maşınlarının ümumi mexaniki istismarı və məhsuldarlığı CNC sistemi üçün kompüter proqramları (proqramlaşdırmanın əsasları) Boyama proseslərinin təşkilini İstifadə edilən əsas xammalın xarakterik xüsusiyyətləri və imlanları Texniki rəsm oxumağı CNC sistemlərini təmin etmək və ya standart proqramlaşdırma işlərini Ölçmə alətlərinin və ya avtomat sistemlərinin istismarını Vəzifə öhdəlikləri Dəqiq emal, boya-montaj sahəsində olan bütün proseslərin düzgün şəkildə təşkil edilməsinə nəzarət etmək Sahənin işini müştəri tələbinə uyğun beynəlxalq standartlar çərçivəsində təşkil etmək Sahədəki bütün proseslərin axıcılığını təmin etmək, işlərin digər sahələrlə kordinasiyalı şəkildə təşkil etmək, prosesi optimallaşdırmaq, işin məhsuldarlığını artırmaq İstehsalat prosesini texniki şərtnamə və standartların tələblərinə əsasən təşkil etmək İstehsalatda texnoloji proseslərlə əlaqədar meydana çıxan problemlərin operativ həll edilməsi, istehsal proseslərinin optimallaşdırılmasının təmin edilməsinə nəzarət etmək İşçi qüvvəsi, avadanlıq, xammal və materiallardan səmərəli istifadə göstəricisinin maksimum səviyyəyə çatdırmaq, istifadə edilən materialların keyfiyyətinə dair araşdırmalar aparmaq və tövsiyələr vermək Dəqiq emal sahəsində mövcud olan dəzgahların ümumi texniki sazlığın təmin edilməsi, problemlərin öncədən aşkarlanaraq önləyici tədbirlərin həyata keçirilməsi Sahəyə lazım olan mal-materialların təmin edilməsi üçün müvafiq işlər görmək. Şöbənin iş təlimatları, prosedurları, iş sxemlərinin və formaların hazırlanmasında iştirak etmək. Formaların düzgün yazılmasına və saxlanılmasına nəzarət etmək, sənədləşmə işinin düzgün təşkilini təmin etmək İstehsal hesabatlarının hazırlamaq, analiz etmək, rəhbərliyə təqdim etmək Tabeçiliyində olan işçiləri koordinasiya etmək, düzgün iş bölgüsünü aparmaq Zavod müdirinin göstəriş və tapşırıqlarını vaxtında və səmərəli şəkildə yerinə yetirmək İş şəraiti İş qrafiki: Həftənin 5 günü, 09:00-18:00 İş yeri: Azertexnolayn MMC, Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, 1 Sumqayıt Kimya Sənayə Parkı Nahar və servis şirkət tərəfindən təmin olunur. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “İstehsalat rəhbəri” başlığı ilə CV göndərə bilərlər.