Yüklənir...
Местоположение: Bakı
“Az Protein Foods Group” MMC “Anbardar” vəzifəsi üzrə vakansiya elan edir. Namizədə Tələblər: Ali təhsil Qida sahəsində az 3-5 il anbar təcrübəsi olmalı Microsoft Office proqramlarını (Word, Excel, Outlook) yaxşı səviyyədə bilmək 1C proqramında anbar modulunda işləmək Vəzifə öhdəlikləri: Yüklərin, xammalın və mal-materialların anbara qəbulu, saxlanılması və təhvil verilməsi proseslərini təşkil etmək; Anbarda mövcud olan mal-material ehtiyatlarının uçotunu aparmaq və siyahılarını hazırlamaq; Xammal və mal-materialları qəbul edərkən onların faktiki miqdarını, çəkisini, qablaşdırılmasının vəziyyətini və markalanmasının düzgünlüyünü yoxlamaq; Malların göndərilməsi və hərəkəti ilə bağlı məlumatları Əl Terminalı və anbar proqramında qeydiyyata almaq; Malların qəbulu və təhvili əməliyyatlarını müəyyən edilmiş qaydalara uyğun icra etmək; Malların qablaşdırılmasının təhlükəsiz və normativ tələblərə uyğun olmasına nəzarət etmək; Malların anbarda düzgün yerləşdirilməsi və yerdəyişməsi zamanı işçilərin və texnikanın təhlükəsizlik qaydalarına əməl etməsinə nəzarət etmək; Say, çəki, keyfiyyət və ya qablaşdırma ilə bağlı uyğunsuzluqlar aşkar edildikdə müvafiq aktların tərtib edilməsində iştirak etmək; Müəssisədə təsdiq edilmiş qrafikə uyğun olaraq inventarizasiya və sayım işlərində iştirak etmək; İş şəraiti Əmək haqqı: 900 Azn İş qrafiki: 6 günlük. Nahar və servis (Koroğlu metrosundan) şirkət tərəfindən təmin olunur. Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.