Korporativ müqavilələr üzrə aparıcı hüquqşünas - Baku City Residences

Местоположение: Bakı

İş yeri: Ofis Namizədə tələblər: Minimum 7 il iş təcrübəsi; Ali təhsil (Hüquqşünas ixtisası üzrə); Dil bilikləri: Azərbaycan dili (sərbəst), Rus və ingilis dili (arzuolunandır); MS Office proqramlarını ( Word, Excel, Outlook) və ofis avadanlıqlarından istifadəni bilməli; AR Konstitusiyası, Əmək Məcəlləsi, Mülki Məcəlləsi, Daşınmaz əmlakın dövlət reyestri haqqında qanun, digər normativ hüquqi aktları bilməli; Analitik düşüncə və problem həll etmə bacarığı; Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı; İş barədə məlumat:   Müqavilələrin icrasına hüquqi nəzarəti həyata keçirilməsi. Daşınmaz əmlak əməliyyatları üzrə hüquqi sənədlərin hazırlanması. Daşınmaz əmlak əməliyyatları üzrə müqavilələrin hazırlanması (alqı-satqı, icarə, investisiya, podrat və s.) Müqavilələrin Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması İddia və pretenziya işlərinin aparılması, qarşı tərəfə rəsmi bildirişlərin, tələblərin və cavabların hazırlanması Müqavilə risklərinin hüquqi təhlilinin aparılması və rəhbərliyə hüquqi rəy verilməsi Müqavilələrin icrasına hüquqi nəzarətin həyata keçirilməsi Mübahisəli hüquqi məsələlər üzrə hüquqi rəy və tövsiyələrin hazırlanması Dövlət qurumları və digər təşkilatlarla hüquqi yazışmaların aparılması Hüquqi sənədlərin hazırlanması və müqavilə arxivinin idarə olunması İş qrafiki: Bazar ertəsi-Cümə; Azərbaycan Respublikası Əmək qanunvericiliyinə əsasən rəsmiləşdirmə; Əmək haqqı: Razılaşma yolu ilə. Namizədlərdən şəkilli CV-lərini  Müraciət et düyməsində qeyd olunan e-mail ünvanına göndərmələrini xahiş edirik.