Местоположение: Bakı
Vəzifə öhdəlikləri Ünvanlardan (mağaza, servis mərkəzi, müştəri ünvanları) məhsulların vaxtında və təhlükəsiz şəkildə daşınmasının həyata keçirilməsi, o cümlədən müştəri tərəfindən təhvil alınmayan məhsulların yenidən mağazadan müvafiq ünvanlara çatdırılması; Daşınan məhsulların təhvil-təslimi zamanı müvafiq sənədləşmə işinin təmin edilməsi; Ünsiyyətdə olduğu müştərilər, şirkət əməkdaşları, bölmə və şöbələrlə yüksək səviyyəli xidmət göstərərək müştəri məmnuniyyətinin qorunması və şirkətin korporativ ünsiyyət qaydalarına riayət edilməsi; Mağazalardan, digər şöbə və bölmələrdən təhvil alınan malların servisə və ya təyin edilmiş ünvanlara çatdırılmasının təmin edilməsi və bu prosesin təhlükəsizliyinə nəzarət edilməsi; Ehtiyac olduqda (yükün həcmi, təcili sifariş və ya çatdırılma sıxlığı zamanı) çatdırılma prosesinə kömək edilməsi; Daşınma zamanı malların bütövlüyünün qorunması, düzgün yükləmə və boşaltma qaydalarına əməl edilməsi; İdarə etdiyi avtomaşının sazlığının təmin edilməsi, texniki vəziyyətinin gündəlik yoxlanılması və müəyyən edilmiş qaydada, vaxtında texniki baxışdan keçməsinə nəzarət edilməsi; Avtomobilin təmizliyinə və texniki xidmət intervalına nəzarət edilməsi; Yol hərəkəti qaydalarına riayət edilməsi və qayda pozuntularına yol verilməməsi. Təyin olunmuş tarixlərdə (deadline) tapşırıqları düzgün təhvil vermək. Vəzifə tələbləri Nəqliyyat vasitələrinin idarə olunması sahəsində ən azı 1-3 il iş təcrübəsi; Müvafiq kateqoriyalı (B, C kateqoriyası) sürücülük vəsiqəsi; Problem həll etmə bacarığı; Operativ və düzgün qərar vermək bacarığı; Baku Electronics-də sizi nələr gözləyir? Özəl tibbi sığorta təminatı Yığım həyat sığortası proqramına qoşulma imkanı Push30 platformasında korporativ güzəştlər Əməkdaşlara xüsusi güzəştlər və «BEnefit Club» tərəfdaş şəbəkəsinin eksklüziv təklifləri Peşəkar təlimlər, daxili vakansiyalar vasitəsilə karyera yüksəlişi imkanları İş şəraiti: İş yeri: Bakı şəhəri İş qrafiki: 6 günlük /Növbəli Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.