Yüklənir...
Местоположение: Bakı
Öz fəaliyyət sahəsində lider mövqeyə malik, 4 fərqli filial üzrə fəaliyyət göstərən şirkət Təchizat və təsərrüfat şöbəsinin rəhbəri vəzifəsinə peşəkar və təcrübəli namizəd axtarır. Namizədə tələblər: Müvafiq sahə üzrə ali təhsil; Təchizat, satınalma və/və ya təsərrüfat idarəçiliyi sahəsində, o cümlədən analoji vəzifədə minimum 4 il iş təcrübəsi; Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı; rus və/və ya ingilis dili biliyi üstünlükdür; 1C və MS Office proqramlarında işləmək bacarığı, xüsusilə MS Excel üzrə yaxşı biliklər; Satınalma, təchizatçıların idarə edilməsi və müqavilələrlə iş üzrə praktiki biliklər; Danışıqlar aparmaq və kommersiya təkliflərini müqayisəli şəkildə qiymətləndirmək bacarığı; Vəzifə öhdəlikləri: Şirkətin və filialların təchizat ehtiyaclarını müəyyənləşdirmək, satınalma və təchizat proseslərini planlaşdırmaq və koordinasiya etmək; Bazar araşdırmaları aparmaq, potensial təchizatçıları müəyyənləşdirmək, qiymət və keyfiyyət baxımından optimal təkliflərin seçilməsini təmin etmək; Təchizatçı və podratçı şirkətlərlə danışıqlar aparmaq, kommersiya təkliflərini qiymətləndirmək, görüşləri təşkil etmək və müqavilələrin bağlanması prosesini koordinasiya etmək; Effektiv satınalma və tədarük mexanizmlərinin tətbiqi vasitəsilə tələb olunan keyfiyyəti qorumaqla şirkətin xərclərinin optimallaşdırılmasını təmin etmək; Tender proseslərini təşkil etmək, daxil olan təkliflərin müqayisəli təhlilini aparmaq və seçim prosesini koordinasiya etmək; Alınan məhsul və xidmətlərin qiymətinə, keyfiyyətinə, miqdarına və vaxtında təhvil verilməsinə nəzarət etmək; Müqavilə, hesab-faktura, çek, təhvil-təslim aktları və digər aidiyyəti sənədlərin düzgün dövriyyəsini təmin etmək, müvafiq sənədlərin Maliyyə şöbəsinə vaxtında təqdim edilməsinə nəzarət etmək; Maliyyə, anbar və digər struktur bölmələri ilə təchizat və təsərrüfat fəaliyyəti üzrə effektiv əməkdaşlığı təşkil etmək; Şirkətin maddi-texniki bazasına, inventarlarına və təsərrüfat avadanlıqlarına sistemli nəzarəti təmin etmək, onların qorunmasını və düzgün istifadəsini təşkil etmək; Yararsız və ya istifadə müddəti başa çatmış inventarların müəyyən edilmiş prosedurlara uyğun silinməsi və inventar siyahısından çıxarılması prosesini təşkil etmək; Təsərrüfat heyətinin fəaliyyətini təşkil etmək, iş bölgüsünü aparmaq və görülən işlərin keyfiyyətinə nəzarət etmək; Təchizat və təsərrüfat fəaliyyəti üzrə gündəlik, həftəlik və aylıq hesabatların hazırlanmasını və rəhbərliyə təqdim edilməsini təmin etmək. Namizədə tələblər: Müvafiq sahə üzrə ali təhsil; Təchizat, satınalma və/və ya təsərrüfat idarəçiliyi sahəsində, o cümlədən analoji vəzifədə minimum 4 il iş təcrübəsi; Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı; rus və/və ya ingilis dili biliyi üstünlükdür; 1C və MS Office proqramlarında işləmək bacarığı, xüsusilə MS Excel üzrə yaxşı biliklər; Satınalma, təchizatçıların idarə edilməsi və müqavilələrlə iş üzrə praktiki biliklər; Güclü analitik düşüncə, planlaşdırma və qərarvermə bacarığı; Danışıqlar aparmaq və kommersiya təkliflərini müqayisəli şəkildə qiymətləndirmək bacarığı; Yüksək təşkilatçılıq, məsuliyyətlilik və nəticəyönümlülük; Güclü ünsiyyət və komanda idarəetmə bacarıqları; Eyni zamanda bir neçə filial üzrə prosesləri koordinasiya etmək bacarığı. Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Təchizat və təsərrüfat şöbəsinin rəhbəri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər.