Smetaçı - Cronos Construction

Местоположение: Bakı

Cronos Construction şirkəti komandamıza təcrübəli Smetaçı axtarır. Əsas vəzifə və tələblər: Tikinti layihələri üzrə smeta sənədlərinin hazırlanması; Forma 2 və Forma 3 sənədlərinin müstəqil şəkildə hazırlanması; Layihə və iş həcmlərinin təhlili və hesablanması; Material və işçilik xərclərinin hesablanması; Yerinə yetirilmiş işlər üzrə sənədlərin hazırlanması; Faktiki görülmüş iş həcmlərinin layihə və smeta sənədləri ilə müqayisəsi; MS Excel və smeta proqramlarında işləmək bacarığı; Tikinti norma və standartlarına dair praktiki biliklər ; Diqqətli, məsuliyyətli və analitik düşüncəli olmaq. Tələblər: 3–5 il müvafiq iş təcrübəsi; Tikinti sahəsində smetaçı kimi iş təcrübəsi; Forma 2 və Forma 3-ün hazırlanması üzrə praktiki təcrübə; Komandada işləmək bacarığı. İş şəraiti: Əmək müqaviləsi rəsmi qaydada bağlanır; Əmək haqqı müsahibə əsasında müəyyən edilir ; 5 günlük iş qrafiki ; İş saatları: 09:00–18:00 ; Nahar şirkət tərəfindən təmin olunur. Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Smetaçı” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.