Местоположение: Bakı
Vəzifə öhdəlikləri: DDF MMC-nin elektrik avadanlıqlarının təhlükəsiz və etibarlı istismarını təmin etmək. Yarımstansiyaların, transformatorların, paylayıcı qurğuların, kabel və hava xətlərinin, elektrik mühərriklərinin və digər elektrik avadanlıqlarının gündəlik texniki vəziyyətini yoxlamaq. Elektrik avadanlıqlarının cari və planlı texniki xidmət və təmir işlərinin icrasını həyata keçirmək. Elektrik qurğularında operativ açma və söndürmə əməliyyatlarının təsdiq edilmiş sxem və təhlükəsizlik qaydalarına uyğun aparılmasını həyata keçirmək. Elektrik qurğularında təmir və digər işlərin təhlükəsiz yerinə yetirilməsi üçün iş yerinin hazırlanmasını və işçilərin təhlükəsizliyini təmin etmək. Qəza-bərpa işləri zamanı elektrik işçilərinin fəaliyyətini sahədə koordinasiya etmək. Elektrik avadanlıqlarının yüklənməsinə, temperaturuna, gərginliyinə, cərəyanına və digər iş parametrlərinə nəzarət etmək. Elektrik avadanlıqlarında planlı baxışların, ölçmələrin və sınaqların vaxtında aparılmasını həyata keçirmək. Rele mühafizəsi, avtomatika, ölçü cihazları və digər mühafizə vasitələrinin işlək vəziyyətinə nəzarət etmək. Elektrik avadanlıqlarının istismar jurnallarının və növbə üzrə texniki qeydlərin düzgün aparılmasını təmin etmək. Elektrik təsərrüfatında istifadə olunan alət, cihaz, fərdi mühafizə vasitələri və digər texniki vasitələrin saz vəziyyətdə saxlanılmasına təmin etmək. Elektrik işçilərinin elektrik təhlükəsizliyi qaydalarına riayət etməsinə nəzarət etmək. Elektrik avadanlıqlarının istismarı zamanı yaranan texniki problemlər barədə Baş energetikə vaxtında məlumat vermək. Elektrik təsərrüfatında qəza və nasazlıqların qarşısının alınması məqsədilə sahədə müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılmasını təmin etmək. Elektrik təsərrüfatına aid texniki sənədlərin, sxemlərin, avadanlıq pasportlarının və istismar sənədlərinin sahədə düzgün saxlanılmasını təmin etmək. Elektrik avadanlıqlarında işlərin görülməsi zamanı tələb olunan təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsinə nəzarət etmək. Elektrik təsərrüfatında baş vermiş qəza, nasazlıq və avadanlıq sıradan çıxmaları barədə ilkin məlumat və hesabat hazırlamaq. Baş energetik tərəfindən verilən elektrik təsərrüfatı ilə bağlı tapşırıqları yerinə yetirmək. Tələb olunan bilik, bacarıq və səriştələr: Ali təhsil (Elektrik mühəndisliyi, Energetika və ya Avtomatlaşdırma sahəsi)); Minimum 3 il iş təcrübəsi (Energetika və ya Ağır Sənaye sahəsi üzrə iş təcrübəsi: Elektrik avadanlıqlarının istismarı və təmiri (Transformatorlar, Yüksək/Alçaq gərginlik xətləri); Müvafiq qanunvericilik aktları və normalarını bilməli; Əla səviyyədə Azərbaycan dili biliyi; Microsoft Office və AutoCad proqramları üzrə kompüter biliyi ; Digər məlumatlar: İş yeri: Daşkəsən rayonu 5 günlük iş rejimi (bazar ertəsi – cümə) İş vaxtı: 08:00 – 17:00 Servislə təmin olunma; Nahar yeməyi ilə təmin olunma; Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Baş elektrik” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə Müraciət et düyməsində qeyd olunan elekton poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.