Местоположение: Bakı
Təsvir Azərbaycanın ilk müstəqil faktorinq şirkəti “Ferrum Kapital” QSC Hüquqşünas (korporativ sahə üzrə) vakansiyasını elan edir. “Ferrum Kapital” QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır. Vəzifə öhdəlikləri: Şirkətin hüquqi sənədlərinin və müqavilələrinin hüquqi ekspertizası; Hüquqi məsələlərlə bağlı müvafiq rəylərin verilməsi; Şirkətin struktur bölmələrinə hüquqi dəstəyin verilməsi; Hüquqi məsələlərlə bağlı rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi; Şirkətin müxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında təmsil edilməsi. Tələblər Ali hüquq təhsili; Mülki hüquq sahəsində biliklər; Mükəmməl azərbaycan dili (ingilis dili arzu olunandır); Yüksək ünsiyyət qurma və yazı bacarıqları; Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.