Yüklənir...
Местоположение: Bakı
İş yeri: Bakı və Region filialları Əsas vəzifə öhdəlikləri Aktiv satışların təşkili və potensial müştərilərin cəlb edilməsi; Kredit portfelinin keyfiyyətinə nəzarət və mövcud müştərilərlə mütəmadi əlaqələrin saxlanılması; Müştəri müraciətlərinin qəbul edilməsi, təhlili, kredit komitəsinə təqdim olunması və kreditlərin rəsmiləşdirilməsi; Yeni kredit məhsulları və satış metodlarının inkişafı ilə bağlı təkliflərin hazırlanması; Müştəri məmnuniyyətinin təmin edilməsi məqsədilə operativ və keyfiyyətli xidmət göstərilməsi; Daxil olan şikayət və müraciətlərin araşdırılması və həllinin təmin edilməsi; Kreditləşmə ilə bağlı sənədlərin düzgün və vaxtında hazırlanmasına nəzarət; Satış və kreditləşmə proseslərinin effektivliyinin artırılmasına yönəlmiş təşəbbüslərdə iştirak. Namizədə tələblər Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi ; Ali və ya natamam ali təhsil; Yüksək ünsiyyət və müştəriyönümlülük bacarığı; Fərdi və komanda şəklində işləmək bacarığı; Microsoft Office proqramlarında, xüsusilə Word və Excel -də sərbəst işləmək bacarığı; Bank və ya bank olmayan kredit təşkilatlarında iş təcrübəsi; Lombard sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir. İş şəraiti İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00 İş yeri: Bakı və region filialları Əməkhaqqı və bonus sistemi Başlanğıc kateqoriya: 400 AZN əməkhaqqı + 800 AZN bonus = 1200 AZN-dək Yuxarı kateqoriya: 600 AZN əməkhaqqı + 1200 AZN bonus = 1800 AZN-dək Tələblərə uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu sətrində: “Baş Kredit Mütəxəssisi” qeyd olunması xahiş olunur. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq. Göndərilən CV-lər şirkətin məxfi məlumat bazasında saxlanılır və vakansiyalar üzrə namizədlərin qiymətləndirilməsi məqsədilə istifadə olunur.