Местоположение: Bakı
Təsvir İstehsalat xəttinin mexaniki avadanlıqları, konveyerlər, nasoslar, reduktorlar, çənlər, borulama və digər mexaniki sistemlərin etibarlı istismarını təmin etmək; Qazanxana, çiller, kompressor, sıxılmış hava, su, drenaj və digər köməkçi mexaniki sistemlərin işinə nəzarət etmək; Mexaniki avadanlıqlar üzrə planlı texniki xidmət və təmir qrafiklərini hazırlamaq və icrasına nəzarət etmək; Avadanlıqların yağlama, vibrasiya, temperatur, sızma, bərkidilmə və digər texniki göstəricilərinin yoxlanılmasını təşkil etmək; Mexaniki nasazlıqları araşdırmaq, kök səbəbləri müəyyən etmək və təkrar nasazlıqların qarşısının alınması üzrə tədbirlər görmək; Mexanik və texniki heyətin gündəlik işini təşkil etmək, tapşırıqlar vermək və görülən işlərin keyfiyyətinə nəzarət etmək; Podratçı, servis və təchizatçıların işlərini koordinasiya etmək və görülən işləri qəbul etmək; Kritik ehtiyat hissələrinin minimum ehtiyat səviyyəsini müəyyən etmək və satınalma tələblərini hazırlamaq; Təzyiqli sistemlər, fırlanan avadanlıqlar, isti səthlər və digər riskli işlər üzrə təhlükəsizlik tələblərinə əməl olunmasına nəzarət etmək; Yeni layihələrdə mexaniki avadanlıqların, borulama sistemlərinin və digər qurğuların layihə tələblərinə uyğunluğunu yoxlamaq; Avadanlıqların quraşdırılması, sınaqdan keçirilməsi və işə salınması proseslərini koordinasiya etmək; Mexaniki avadanlıqların reyestri, texniki sənədləri, xidmət və təmir qrafiklərinin aktual saxlanılmasını təmin etmək. Tələblər Mexanika mühəndisliyi və ya əlaqəli texniki sahə üzrə ali təhsil; Sənaye müəssisəsində mexaniki avadanlıqların istismarı və təmiri üzrə minimum 5 il iş təcrübəsi; İstehsalat xətləri, nasoslar, qazanlar, kompressorlar, çillerlər, fanlar, reduktorlar, çənlər və borulama sistemləri üzrə praktiki bilik; Mexaniki layihələri, P&ID sxemlərini və istehsalçı texniki sənədlərini oxuma bacarığı; Planlı texniki xidmət, nasazlıqların diaqnostikası, təmir planlaması və ehtiyat hissələrinin idarə edilməsi üzrə təcrübə; Texniki heyət və podratçıların işinin təşkili və nəzarəti üzrə bacarıq; AutoCAD və MS Office proqramlarında işləmək bacarığı; Azərbaycan dilində sərbəst ünsiyyət; rus və ya ingilis dilində texniki sənədləri oxuma bacarığı üstünlükdür. Vakansiya növü - Tam ştat İmtiyazlar Nahar təminatı Könüllü tibbi sığorta (bütün ailə üzvlərini əhatə edən) Təlim dəstəyi Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.