Местоположение: Bakı
Honours Academy-nin YouTube, Instagram, Facebook və LinkedIn hesablarını idarə edəcək, ekspert və təhsil kontentinin hazırlanmasında iştirak edəcək SMM mütəxəssisi axtarırıq. Bu rolda əsas məsuliyyətiniz maliyyə təhsili, peşəkar kvalifikasiyalar, təlim proqramları və tələbə nailiyyətlərini auditoriyaya aydın, maraqlı və etibarlı formada təqdim etmək olacaq. Əsas vəzifələr: Kontent strategiyasına uyğun aylıq paylaşım planı hazırlamaq və icra etmək; Auditoriyanın suallarını və maraqlarını araşdıraraq proqram seçimi, maliyyə təhsili və karyera mövzularında kontent ideyaları təklif etmək; Content Strategist & Creative Producer ilə ekspert videoları, müsahibələr, tələbə hekayələri və proqram təqdimatları hazırlamaq; Təlimçi və ekspertlərdən kontent üçün məlumat toplamaq, texniki məzmunun müvafiq ekspert tərəfindən yoxlanmasını koordinasiya etmək; Copywriter ilə birlikdə ssenari, müsahibə sualları və paylaşım mətnləri üzərində işləmək; Təsdiqlənmiş məkan, səhnə və kadr planına uyğun çəkilişləri həyata keçirmək; Motion və qrafik dizaynerlər üçün kontentin məqsədini, strukturunu və tələb olunan formatları göstərən briflər hazırlamaq; Videoların subtitr, ad, rəqəm və proqram məlumatlarını yoxlamaq, düzəlişləri koordinasiya etmək; YouTube videolarının başlıq, təsvir, bölmələr və üz qabığı üzrə hazırlanmasını təşkil etmək; Kontenti Instagram, Facebook, LinkedIn və YouTube-un xüsusiyyətlərinə uyğunlaşdırmaq və paylaşmaq; Uzun videolardan qısa kontent hazırlanmasını planlaşdırmaq, HA TikTok üzrə məsul SMM ilə material mübadiləsi aparmaq; Kontentin nəticələrini izləmək, işləyən mövzu və formatları müəyyənləşdirərək təkmilləşdirmə təklifləri vermək; Namizədə tələblər: Sosial media hesablarının idarə edilməsi və kontent hazırlanması üzrə praktik təcrübə; Instagram, Facebook, LinkedIn və YouTube üçün fərqli təqdimat yanaşmalarını anlamaq; Mürəkkəb mövzuları araşdırmaq və auditoriyaya sadə, dəqiq və maraqlı formada təqdim etmək bacarığı; Ekspert və təlimçilərlə işləmək, düzgün suallar vermək və məlumatı strukturlaşdırmaq bacarığı; Çəkiliş zamanı kadr kompozisiyası, işıq və səsin əsas prinsiplərini tətbiq etmək bacarığı; Dizayner və video editor üçün aydın brif hazırlamaq bacarığı; Azərbaycan dilində güclü yazılı və şifahi ünsiyyət; İngilis dilində mənbələri araşdırıb anlamaq bacarığı; Məlumatın düzgünlüyünə və detallara diqqət; Planlı işləmək, geribildirimi tətbiq etmək və son tarixlərə riayət etmək; Görülmüş işləri və həmin işlərdə şəxsi rolunu göstərən portfolio. Üstünlük veriləcək: Təhsil, maliyyə və ya peşəkar xidmətlər sahəsində kontent təcrübəsinə; ACCA, CFA və digər maliyyə kvalifikasiyaları haqqında ilkin məlumatlılığa; YouTube kanalı və LinkedIn səhifəsi idarə etmək təcrübəsinə; Video analitikası və auditoriyanın izləmə davranışı ilə işləmək bacarığına; ClickUp və ya oxşar layihə idarəetmə alətlərindən istifadə təcrübəsinə. Komandada iş bölgüsü: Kontent strategiyası və çəkilişin yaradıcı istiqaməti Content Strategist & Creative Producer tərəfindən yönləndirilir. SMM mütəxəssisi kontentin hazırlanmasını koordinasiya edir, çəkilişi həyata keçirir və kanalları idarə edir. Mürəkkəb montaj, animasiya və dizayn işləri müvafiq dizaynerlər tərəfindən görülür. Premiere Pro və After Effects proqramlarında peşəkar işləmək bu vəzifə üçün məcburi tələb deyil. Kamera qarşısında təlimçilər, tələbələr və ya ayrıca iştirakçılar yer alır. DM və şərhlərin cavablandırılması satış komandası tərəfindən həyata keçirilir. Vəzifə birbaşa Marketing Lead-ə tabedir. İş qrafiki: Həftədə 5 iş günü və 2 istirahət günü; Əsas iş saatları: 10:00–19:00; İş və istirahət günləri çəkiliş, tədbir və layihə planına uyğun müəyyən edilir. Şənbə və bazar günləri iş günü ola bilər; bu halda istirahət günləri həftəiçinə təyin edilir; Kampaniya, tədbir və xüsusi layihə dövrlərində iş qrafikində ehtiyaca uyğun dəyişiklik edilə bilər. Əməkhaqqı: Əməkhaqqı namizədin bilik, bacarıq və təcrübəsinə əsasən qarşılıqlı razılaşma əsasında müəyyən ediləcəkdir. CV, qısa motivasiya məktubu və portfolio linkinizi mövzu hissəsində “SMM Specialist — Honours Academy” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Portfolioda təqdim etdiyiniz işlərdə araşdırma, ideya, çəkiliş, kontentin hazırlanması və hesab idarəçiliyi üzrə şəxsi rolunuzu qısa şəkildə qeyd edin. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.