Yüklənir...
Местоположение: Bakı
Təsvir Potensial B2B partnyorların (avtosalonlar, məişət texnikası, mebel mağazaları və s.) axtarışı və mütəmadi sahə (field) ziyarətlərinin həyata keçirilməsi; Biznes sahibləri və qərarverici şəxslərlə birbaşa görüşlərin təşkili, partnyorluq krediti və avtolizinq məhsullarının təqdimatının aparılması; Yeni korporativ müştərilərin (mağazaların) şəbəkəyə cəlb edilməsi və onbordinq (müqavilələrin rəsmiləşdirilməsi) prosesinin izlənməsi; Gündəlik görüşlər, hədəf kütlədən gələn rəylər və satış qıfı barədə CRM/hesabat cədvəllərinin doldurulması. Tələblər B2B satış, korporativ satış və ya müştəri cəlbi sahəsində mütləq iş təcrübəsi; Hazır müştəri bazasına (mağazalar, riteyl şəbəkələri, avtosalonlar, sahibkarlarla əlaqələrə) sahib olmaq namizəd üçün çox böyük üstünlük hesab olunacaq; Dil bilikləri: Azərbaycan dili (səlis), Rus dili biliyi (arzuolunandır və seçim zamanı əlavə üstünlük qazandıracaq); Yüksək kommunikasiya, təqdimat və inandırma bacarıqları (biznes sahibləri ilə onların dilində danışma bacarığı); Aktiv, dinamik iş rejimində işləmək həvəsi və nəticəyə (KPI) yönümlülük. Vakansiya növü - Tam ştat İmtiyazlar Korporativ nömrə Taksi xidmətindən istifadə Bonus sistemi; Korporativ Mühit Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.