Местоположение: Bakı
Vəzifənin məqsədi Şirkətə daxil olan tikinti, təmir, fit-out və digər layihə sorğularının texniki və kommersiya baxımından təhlilini aparmaq , layihə üzrə real maya dəyərini müəyyənləşdirmək, material, əmək, mexanizm, subpodrat, logistika, sahə və digər xərcləri hesablamaq, risk və əlavə xərcləri nəzərə almaqla şirkətin müəyyən etdiyi profit / margin göstəricilərini tətbiq etmək və yekun kommersiya təklifini şirkətin vahid smeta formatında hazırlamaq. Əsas vəzifə və öhdəliklər Şirkətə daxil olan yeni layihə, tender və kommersiya sorğularını təhlil etmək; Layihə sənədlərini, BOQ, texniki tapşırıq, çertyoj və spesifikasiyaları araşdırmaq; Layihə üzrə iş həcmlərinin düzgün müəyyənləşdirilməsini və BOQ ilə uyğunluğunu yoxlamaq; Hər bir iş növü üzrə real maya dəyərini (Cost Price) hesablamaq; Material, əməkhaqqı, mexanizm və avadanlıq, subpodrat, logistika və digər birbaşa xərcləri hesablamaq; Təchizat və bazar araşdırması bölməsindən aktual material və xidmət qiymətlərini toplamaq; Təchizatçılardan alınmış kommersiya təkliflərini təhlil etmək və qiymətlərin layihə büdcəsinə təsirini qiymətləndirmək; Əmək xərclərini iş həcmi, əmək norması, işçi sayı və layihənin icra müddəti əsasında hesablamaq; Mexanizm, texnika və avadanlıqlar üzrə tələb olunan xərcləri müəyyənləşdirmək; Subpodrat işləri üzrə qiymətləri toplamaq, müqayisə etmək və təhlil etmək; Layihənin dolayı xərclərini – sahə xərcləri, mobilizasiya, demobilizasiya, nəqliyyat, idarəetmə və digər əlaqəli xərcləri nəzərə almaq; Layihə üzrə Overhead / inzibati xərclərin hesablanmasına daxil ediləcək göstəriciləri müəyyənləşdirmək; Layihənin xüsusiyyətlərindən irəli gələn kommersiya və icra risklərini müəyyən etmək; Contingency / risk ehtiyatını hesablamaq və smetaya daxil etmək; Layihənin Total Cost – ümumi maya dəyərini formalaşdırmaq; Şirkətin müəyyən etdiyi Markup / Profit / Margin prinsiplərinə uyğun olaraq yekun satış qiymətini hesablamaq; Tender və kommersiya təkliflərini hazırlamaq; Hazırlanmış smetaların texniki, kommersiya və riyazi düzgünlüyünü yoxlamaq; Smeta hesablamalarında istifadə olunan bütün ilkin məlumatların və qiymət mənbələrinin əsaslandırılmasını təmin etmək; Layihə üzrə alternativ texniki və kommersiya həllərinin qiymətə təsirini hesablamaq; Tender sənədlərində aşkar olunan uyğunsuzluq, çatışmazlıq və riskləri müəyyən etmək; Zəruri hallarda tender sorğuları üzrə RFI / clarification suallarının hazırlanmasında iştirak etmək; Bütün layihələr üzrə vahid qiymət və smeta bazasının formalaşdırılmasını və yenilənməsini təmin etmək; Əvvəlki layihələrdən əldə edilmiş faktiki qiymət və xərcləri gələcək tenderlər üçün qiymət bazasına daxil etmək; Hazırlanmış smetaları və kommersiya təkliflərini müəyyən edilmiş müddətdə təqdim etmək. Namizədə əsas tələblər İnşaat mühəndisliyi, iqtisadiyyat, maliyyə və ya uyğun texniki sahə üzrə ali təhsil; Tikinti sektorunda Smeta / Tender / Cost Estimation / Cost Control sahəsində minimum 3–5 il iş təcrübəsi ; Tikinti işlərinin texnologiyası və icra ardıcıllığını yaxşı bilmək; Tikinti layihələrinin smetalarının hazırlanması üzrə praktiki təcrübə; BOQ (Bill of Quantities) və texniki spesifikasiyalarla işləmə bacarığı; Layihə və çertyojları oxuma bacarığı; Tikinti işlərinin həcmlərinin çertyoj və texniki sənədlər əsasında müəyyənləşdirilməsi bacarığı; Material, əmək, mexanizm, subpodrat və logistika xərclərinin hesablanması üzrə təcrübə; Cost Price, Selling Price, Markup, Gross Margin və Profit anlayışlarını yaxşı bilmək; Tender və kommersiya təkliflərinin hazırlanması üzrə təcrübə; Bazar qiymətlərini araşdırmaq, müqayisə etmək və qiymət dəyişikliklərini izləmək bacarığı; Təchizatçı və subpodratçı kommersiya təkliflərinin qiymətləndirilməsi bacarığı; MS Excel – yüksək / peşəkar səviyyə ; AutoCAD proqramından istifadə və çertyoj oxuma bacarığı; Analitik düşüncə və rəqəmlərlə yüksək dəqiqliklə işləmək qabiliyyəti; Güclü hesablama və problem həll etmə bacarığı; Vaxt məhdudiyyəti altında işləmək və tender son tarixlərinə riayət etmək bacarığı; Yüksək məsuliyyət, dəqiqlik və detallara diqqət; Kommersiya və tender məlumatlarının məxfiliyini qorumaq. İş şəraiti İş Yeri – Bakı şəhəri, Çinar Park Biznes Mərkəzi İş rejimi- 5 günlük Əməkhaqqı bilik və bacarıqlara əsasən Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .