Xərclərə nəzarət üzrə mütəxəssis - MER Group

Местоположение: Bakı

Vəzifə öhdəlikləri: Restorana daxil olan məhsulların miqdarını, çəkisini, qiymətini və keyfiyyətini yoxlamaq; Mal qəbulunun təsdiq edilmiş sifariş və təchizatçı sənədlərinə uyğunluğunu nəzarətdə saxlamaq; Qəbul zamanı çatışmazlıq, artıq məhsul, keyfiyyətsiz və ya uyğunsuz məhsulları müəyyən etmək; Anbara daxil olan bütün məhsulların sistemdə düzgün əks etdirilməsinə nəzarət etmək; Gündəlik, həftəlik və aylıq inventarizasiyalarda iştirak etmək; Faktiki qalıqları sistem qalıqları ilə müqayisə etmək; Artıq və əskik qalıqlar üzrə fərqləri müəyyənləşdirmək; Aşkar edilmiş fərqlərin səbəblərini araşdırmaq və rəhbərliyə hesabat vermək; Məhsulların anbarlar arasında hərəkətinə və transferlərinə nəzarət etmək. Tələblər: Təhsil: Ali (Maliyyə, İqtisadiyyat, Mühasibatlıq və ya əlaqəli sahədə təhsil); Müvafiq sahədə minimum 3 il iş təcrübəsi; İİKO və 1C proqramı ilə işləmə bacarığı; Ezamlara acıq olmalıdır; Rəqəmlərlə işləmə və analitik düşünmə qabiliyyəti; Anbar, inventarizasiya və məhsul hərəkətinə nəzarət təcrübəsi; Komandada işləmək və prosesləri effektiv idarə etmək bacarığı; Analitik düşünmə və problemlərin operativ həlli bacarığı. İş şəraiti: İş qrafiki: 5 günlük iş həftəsi; Peşəkar inkişaf və karyera yüksəlişi imkanları; Dinamik və inkişaf yönümlü iş mühiti. Maraqlanan namizədlər CV-lərini  Müraciət et  düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərək mövzu hissəsində " Xərclərə nəzarət üzrə mütəxəssis " qeyd etmələri xahiş olunur.