Yüklənir...
Местоположение: Bakı
İş şəraiti Ünvan: Bakı şəhəri, Nərimanov rayonu İş qrafiki: 6 günlük (Bazar ertəsi – Cümə: 09:00–18:00; Şənbə: 10:00–15:00) Əməkhaqqı: Müsahibə əsasında (namizədin bilik və bacarıqlarına uyğun) İş barədə məlumat (Öhdəliklər) Şirkətin ümumi marketinq strategiyasının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; Şirkətin sosial media hesablarının (Instagram, Facebook, LinkedIn və s.) idarə olunması, kontent-planın hazırlanması və cəlbedici paylaşımların təşkili; Brendin tanınırlığının artırılması məqsədilə rəqəmsal və ənənəvi marketinq kampaniyalarının planlaşdırılması və icrası; Bazarın, rəqiblərin təhlili və yeni marketinq trendlərinin izlənilməsi; Şirkətin tədbirlərinin, reklam və promo aksiyalarının təşkili; Veb-sayt və digər reklam materialları üçün mətnlərin (kopiraytinq) hazırlanması; Görülən işlər və marketinq kampaniyalarının nəticələri barədə rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi; Müxtəlif müqavilə, hesab və texniki sənədlərin təhlili, məlumatların strukturlaşdırılması və uyğunsuzluqların müəyyən edilməsi; Məlumatların analitik təhlili və nəticələrin qiymətləndirilməsi. Namizədə olan tələblər Ali təhsil (Marketinq, Biznesin idarə edilməsi, İqtisadiyyat və ya əlaqədar sahələr üzrə); Müvafiq sahə üzrə azı 1–3 il iş təcrübəsi; Analitik düşünmə və mürəkkəb sənədləri qısa müddətdə təhlil etmək bacarığı; Riyazi-analitik təfəkkür, məntiqi ardıcıllıq qurmaq və detallardakı uyğunsuzluqları müəyyən etmək qabiliyyəti; Kompüterdən inamlı istifadə bacarığı və yeni proqram təminatını sürətlə mənimsəmək; MS Office proqramları, xüsusilə Excel üzrə biliklər (IF, SUMIF, VLOOKUP, Pivot Table və s.); Rəqəmsal sistemlər, süni intellekt alətləri və veb platformalarla işləmək bacarığı; Rəqəmsal marketinq alətləri (SMM, Meta Ads, Google Ads əsasları) üzrə biliklər; Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti (rus və ingilis dili bilikləri arzuolunandır); Kreativ yanaşma, təşəbbüskarlıq və komandada işləmək bacarığı; Nəticəyönümlülük və yüksək məsuliyyətlilik; INCOTERMS 2020 şərtləri, təchizat zənciri, beynəlxalq ticarət və iqtisadiyyat üzrə ümumi biliklər üstünlükdür; Milli normativ hüquqi aktlar haqqında ümumi biliklər üstünlükdür. Əlavə tələblər: Xanım namizəd; Yaş aralığı: 22–27; Boy: 1.75 m-dən yuxarı; Şirkətin reklam çəkilişlərində şirkət üzü kimi iştirak etmək. Təkliflərimiz Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi rəsmiləşdirmə; Korporativ nömrə təminatı; Peşəkar komandada inkişaf və karyera imkanı. Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsində Marketinq və Data Analitika üzrə mütəxəssis qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.