Yüklənir...
Местоположение: Bakı
İş şəraiti İş qrafiki: Həftənin 5 günü, 09:00-18:00 Əmək haqqı: 700 AZN İş yeri: Nərimanov rayonu, Y.V.Çəmənzəminli 119C, AFEN plaza Vəzifə öhdəlikləri: Hüquqi və fiziki şəxslərin qeydiyyata alınması Bank hesablarının açılması ilə bağlı prosedurların icrası e-gov.az, e-taxes.gov.az, e.customs.gov.az, stat.gov.az və digər elektron portallardan effektiv istifadə İlkin mühasibat sənədlərinin hazırlanması və elektron qaimə-fakturaların tərtibi ASAN İmza ilə bağlı əməliyyatların həyata keçirilməsi Rəsmi yazışmaların və sənədlərin hazırlanması Yerli və xarici tərəfdaşlarla müqavilələrin hazırlanması və bağlanması Təsisçi ilə borc müqavilələri və digər hüquqi sənədlərin hazırlanması Obyekt kodlarının alınması və ya ləğvi üçün müraciətlərin edilməsi Onlayn kargüzarlıq sisteminin idarə olunması Kassa və bank əməliyyatlarının aparılması Ödəniş tapşırıqlarının hazırlanması (yerli və xarici valyutada) İnvoice və digər ödəniş sənədlərinin hazırlanması Aylıq maliyyə və vergi hesabatlarının hazırlanması Debitor və kreditor borcların monitorinqi Gəlir-xərc hesabatlarının hazırlanması Əmək haqqı hesablamaları və büdcəyə ödənişlərin təşkili Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun kadr sənədləşməsi Tələblər: Yaş həddi: 20–40 Cins: Xanım Müvafiq sahədə iş təcrübəsi (üstünlükdür) Microsoft Excel biliyi Vergi qanunvericiliyi üzrə ilkin biliklər Məsuliyyətli, diqqətli və operativ olmaq Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.