Müştəri xidməti üzrə mütəxəssis - Xalq Sığorta

Местоположение: Bakı

Namizədə dair gözləntilər və xüsusi tələblər: Ali təhsil; Kompyuter bilikləri: MS Office (Word-yaxşı, Microsoft Excel-yaxşı);  Müvafiq sahədə minimum 1 il iş təcrübəsi (Bank və ya sığorta sahəsində iş təcrübəsi arzuolunandır); Dil bilikləri- azərbaycan dili- əla, rus dili- əla,  ingilis dili -arzuolunandır; Diqqətli, ünsiyyət qurmaq və komandada işləmək bacarığı; Vəzifə öhdəlikləri: Müştərilərin qəbulu və sorğuların cavablandırılması; Müştərilərə sığorta məhsulları və xidmətləri barədə məlumatın verilməsi, Əməliyyatın aparılması üçün müştərilərin təqdim etdiyi sənədlərin yoxlanılması; Müqavilələrin bağlanması və yenilənməsi; Müvafiq hesabatların hazırlanması; Nümayəndəliyin fəaliyyət istiqamətləri üzrə gündəlik tapşırıqların yüksək səviyyədə, təsdiq olunmuş qayda və prosedurlara uyğun icrasının təmin edilməsi; Əlavə məlumat: İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00); İş yeri: Bakı şəhəri, İnşaatçılar pr.22L ( ASC “Xalq” Bankının Baş ofisi) Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq razılaşdırılır. İmtiyazlar: Könüllü tibbi sığorta Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Müştəri xidməti üzrə mütəxəssis) qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.       Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır