Местоположение: Bakı
Tədris komandamıza Alman dilini yüksək səviyyədə bilən, öz sahəsində peşəkar və nəticəyönümlü Alman dili müəllimi axtarırıq. Namizədə əsas tələblər: Alman dili biliyinin yüksək səviyyədə olması Qrammatika, danışıq, yazı, oxu və dinləmə bacarıqlarının peşəkar səviyyədə tədrisi Xaricdə universitet təhsili üçün tələb olunan TestDaF, DSH, telc, Goethe-Zertifikat və digər Alman dili imtahanlarına hazırlıq keçmək bacarığı Tələbələri A1–C1 səviyyələri üzrə sistemli şəkildə hazırlamaq Fərdi və qrup dərslərini effektiv təşkil etmək Müasir və nəticəyönümlü tədris metodlarından istifadə etmək Məsuliyyətli, punktual və peşəkar iş yanaşmasına sahib olmaq Müvafiq sahədə müəllimlik təcrübəsinin olması üstünlükdür Vəzifə öhdəlikləri: Alman dili üzrə fərdi və qrup dərslərinin keçirilməsi Tələbələrin mövcud səviyyəsinin müəyyənləşdirilməsi və məqsədlərinə uyğun tədris planının hazırlanması Universitet qəbulu və təhsil məqsədilə tələb olunan Alman dili sertifikat imtahanlarına hazırlığın aparılması Tələbələrin inkişafının və imtahan hazırlığının mütəmadi izlənilməsi Keyfiyyətli və nəticəyönümlü tədrisin təmin edilməsi Əməkhaqqı: Razılaşma yolu ilə müəyyən edilir. Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız Alman dili biliyi yüksək səviyyədə olan və tədris prosesinə peşəkar yanaşan namizədlərin müraciət etməsi xahiş olunur.