Местоположение: Bakı
Yüksel Proje Anonim Şirketi-nin Azərbaycan Respublikasındakı Filialı mühəndislik və infrastruktur layihələrində çalışmaq üçün Geodeziya və xəritə mühəndisi vəzifəsinə namizədlər axtarır. Vəzifə öhdəlikləri Geodeziya, topoqrafiya və kartoqrafiya işlərinin həyata keçirilməsi; Dəmir yolu, avtomobil yolu və digər infrastruktur layihələri üzrə geodeziya işlərinin aparılması; Topoqrafik ölçmə məlumatlarının emalı və təhlili; Rəqəmsal ərazi modellərinin, topoqrafik planların, uzununa və eninə profillərin hazırlanması; Koordinat sistemləri və geodeziya istinad şəbəkələri ilə işləmək; Layihə sənədlərinin hazırlanması və texniki yoxlanılması; Sahə və ofis işlərinin koordinasiyası; Texniki hesabatların hazırlanması; Digər mühəndislik bölmələri ilə koordinasiyalı fəaliyyətin təmin edilməsi. Namizədə dair tələblər Geodeziya, xəritəçilik, geomatika mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil; Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi; AutoCAD və Civil 3D proqramlarında işləmək bacarığı; ArcGIS və QGIS proqramları üzrə biliklər üstünlükdür; GNSS/GPS, Total Station və nivelir avadanlıqları ilə işləmək bacarığı; İnfrastruktur layihələrində iş təcrübəsi üstünlükdür; Azərbaycan dilini sərbəst bilmək, türk və ingilis dili bilikləri üstünlükdür; Analitik düşünmə, məsuliyyətlilik və komandada işləmək bacarığı; Ezamiyyətlərə getmək imkanının olması. İş şəraiti İş yeri: Zəngilan rayonu; İş rejimi: Tam iş günü; Rəsmiləşdirmə: Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun; Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək; İrimiqyaslı yerli və beynəlxalq mühəndislik layihələrində iştirak; Peşəkar inkişaf və karyera yüksəlişi imkanları. Maraqlanan namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Geodeziya və xəritə mühəndisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.