Satıcı Aqronom - Zirvə Agro MMC

Местоположение: Bakı

İş rejimi: Tam ştat İş yeri: Azərbaycanın bölgələri Namizəd üçün tələblər: Aqronomluq ixtisası üzrə ali təhsil (şərt olan tələb); Kənd təsərrüfatı sahəsində ən azı 3 illik iş təcrübəsi; Açıq sahə (taxıl, texniki bitkilər), bostan və meyvə bağlarında bitki bəslənməsi və bitki mühafizəsi üzrə dərin bilik və praktiki bacarıqlar; Yerli torpaq tipləri, bitki sortları və fermer təcrübələri barədə geniş məlumatlılıq; Müxtəlif bitkilər üçün gübrələmə planlarının tərtibi və zərərvericilərə qarşı effektiv mübarizə metodlarının tətbiqi üzrə biliklər; Aktiv, məsuliyyətli, təşəbbüskar və komanda ilə işləmə bacarığına malik olmaq; Avtomobilin olması üstünlük sayılır; Ezamiyyətlərə və səfərlərə açıq olmaq. Əsas vəzifə öhdəlikləri: Fermerlərin bitki bəslənməsi və mühafizəsi ilə bağlı məsləhətlər və texniki dəstək göstərmək; Müxtəlif bitkilər üçün gübrələmə və mühafizə proqramları hazırlamaq; Şirkət əməkdaşları üçün praktik və nəzəri təlimlər keçmək; Şirkətin gübrə və pestisid məhsullarına dair texniki təlimat və məlumat materiallarının hazırlanmasında iştirak etmək; Yeni fermerlərin cəlb olunması və mövcud müştərilərlə davamlı əməkdaşlığın qorunması; Yeni məhsulların bazara uyğunluğunu araşdırmaq, sınaqdan keçirmək və təkliflər hazırlamaq; Əsas müştərilərlə mütəmadi əlaqə saxlamaq, tələblərini analiz etmək və çarpaz satış imkanları yaratmaq; Satış prosesini idarə etmək, sifarişlərin yerinə yetirilməsinə və müqavilə şərtlərinə nəzarət etmək. Şəkilli CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində “Satıcı Aqronom” qeyd etməklə göndərin.