Местоположение: Bakı
AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən birində Tərcüməçi vakansiyası üzrə namizəd axtarılır. Əsas vəzifə öhdəlikləri: Əcnəbi mütəxəssislərlə yerli işçilər arasında şifahi və yazılı kommunikasiya təmin etmək; Texniki sənədlərin, planların, layihələrin və digər materialların tərcüməsi; Görüşlərdə iştirak edib operativ tərcümənin aparılması. Tələblər: Ali təhsil (filologiya, tərcümə və ya mühəndislik sahəsində olması üstünlükdür); Tərcüməçilik üzrə iş təcrübəsi üstünlükdür; İngilis və Azərbaycan dillərində yüksək səviyyədə danışıq və yazı bacarığı (texniki terminologiyada sərbəstlik); Məsuliyyətli, punktual və komandada işləmə bacarığı; Aktiv və fiziki olaraq sahə şəraitində işləməyə hazır olmaq. Əmək şəraiti: İş qrafiki: Növbəli İş yeri: Bölgələr (Daşkəsən və s.) Əmək haqqı: 1000 AZN Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində vakansiya adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.