Местоположение: Bakı
Təsvir Bankın strateji hədəflərinə uyğun olaraq KOB seqmenti üzrə daxil olan sifarişlərin anderraytinqini həyata keçirmək; Biznes müştəriləri üzrə daxil olan müraciətlər əsasında maliyyə vəziyyətinin və ödəniş qabiliyyətinin müəyyən edilməsi məqsədilə maliyyə və biznes təhlili aparmaq, mümkün riskləri müəyyən etmək; Anderraytinq nəticələri üzrə yekun rəy təqdim etmək; Təqdim edilən rəydə sifarişçinin biznesindəki riskli məqamları göstərmək və sifariş üzrə risklərin adekvat şəkildə azaldılması üçün təkliflər vermək; Biznes kreditlərinin təhlilinə dair hesabatların hazırlanmasında iştirak etmək; Baş mütəxəssis üçün KOB seqmentinə aid məhsulların anderraytinqi üzrə müvafiq təqdimat və rəy formalarına əlavələrin hazırlanmasında iştirak etmək; Şöbənin fəaliyyətinə aid vəzifə öhdəliklərindən irəli gələn digər tapşırıqları yerinə yetirmək. Tələblər Ali təhsil (Maliyyə, İqtisadiyyat və əlaqəli istiqamətlər üzrə); Səlis Azərbaycan dili biliyi (rus və ingilis dili biliyi arzuolunandır); KOB seqmenti üzrə kredit və qarantiya sifarişlərinin təhlili və ya anderraytinq istiqamətində minimum 3 il iş təcrübəsi {(baş mütəxəssis vəzifəsinə iddia edən namizəd üçün minimum 5 il) Korporativ kredit sifarişlərinin təhlili və anderraytinqi üzrə təcrübə üstünlükdür}; Azərbaycan Respublikasının “Banklar haqqında” qanunu, həmçinin Mərkəzi Bankın normativ xarakterli aktlarına bələd olmaq; Maliyyə hesabatlarının hazırlanması və anderraytinq edilməsi bacarığı; Müxtəlif növ maliyyə hesabatlarının qurulması və onların avtomatlaşdırılması istiqamətində təkliflər vermək bacarığı (baş mütəxəssis vəzifəsinə iddia edən namizədlər); Maliyyə sahəsində sertifikatların (ACCA F3/FFA, ACCA F7/FR) olması arzuolunandır; Analitik düşüncə, komandada işləmək, vaxtın idarə edilməsi, yüksək ünsiyyət və operativ qərarvermə bacarıqları; MS Office proqramlarından, xüsusilə MS Excel-dən sərbəst istifadə bacarığı. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.