Yüklənir...
Местоположение: Bakı
Təsvir Bütün mexaniki, soyuducu (qurğu və avadanlıqlar) və bütün digər tikinti xidmətlərinin istismarını və texniki xidmətini həyata keçirmək; Həftəlik Mağazalara baş çəkmək, mexaniki nəzarətçilərə məsləhət vermək və onlara kömək etmək və mövcud resurslara uyğun olaraq texniki xidmətin vaxtında və texniki cəhətdən səmərəli şəkildə aparılmasını təmin etmək; Tikinti Layihələri üzrə Menecerin həvalə etdiyi bütün zəruri kiçik təkmilləşdirmə və yeni işləri yerinə yetirmək; Ehtiyat hissələrinin və sərf olunan materialların vaxtında və ehtiyat hissələrinin yüksək qiyməti nəzərə alınmaqla tələb olunmasını təmin etmək; İşçilərin mütəmadi olaraq qiymətləndirilməsini həyata keçirmək və müvafiq tövsiyələr vermək; Daim departament standartlarını təkmilləşdirməyə çalışmaq; Avadanlıqların nasazlıqlarını araşdırmaq və nasaz işin diaqnostikasını aparmaq; müştəriyə tövsiyələr vermək; Layihənin icrası zamanı mühəndis dəyişikliklərinə nəzarət etmək; Müştərilər, podratçılar, memarlar və digər layihə qrupunun üzvləri ilə bütün qarşılıqlı əlaqələrdə şirkəti təmsil etməkdən məsuldur; Obyektlərə mexaniki işlər üzrə xidmətin göstərilməsi üçün qrafiklər və üsullar yaratmaq; resurs ehtiyaclarını müəyyən etmək; müvafiq idarəetmə heyəti ilə ehtiyacları nəzərdən keçirmək; resursları müvafiq olaraq bölüşdürmək; Binaların, infrastrukturların və obyekt avadanlıqlarının quraşdırılmasına, yoxlanılmasına, təmirinə, nasazlıqların aradan qaldırılmasına və gündəlik texniki xidmətə nəzarət etmək; Bütün qurğular və avadanlıqlar üçün profilaktik təmir və təhlükəsizlik yoxlama proqramlarını hazırlamaq və təşkil etmək; Ətraf mühit, sağlamlıq və təhlükəsizlik siyasətlərinə uyğun olaraq bina və qurğuların yaxşı vəziyyətdə saxlanmasına cavabdehdir; Müqavilə xidmətlərinin göstərilməsində podratçılarla əlaqələndirmək; Şikayətləri həll etmək üçün lazım olduqda düzəldici tədbirlər görmək. Tələblər Mexanika mühəndisliyi üzrə bakalavr və ya master dərəcə; Sənayedə 5-10 il iş təcrübəsi; Sənaye soyutma sahəsində; Mürəkkəb məsələləri texniki olmayan əməkdaşlara və rəhbərliyə çatdırmaq bacarığı; Komanda da işləmək bacarığı, nəticə yönümlü, problem həll etmə qabiliyyətlər; Microsoft Office (Word, Excel, Outlook, PowerPoint) istifadə bacarığı; AutoCAD və ya digər texniki proqram təminatları ilə işləmək bacarığı; Komanda ilə effektiv işləmək bacarığı; Yüksək məsuliyyət və motivasiya; Peşəkar yanaşma və diqqətlilik. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.