Təchizat üzrə mütəxəssis - AzerFloat

Местоположение: Bakı

Vəzifə və Öhdəlikləri :     Gündəlik SAP proqramında sifariş tələbnamlərinin izlənilməsi; Bazarın təhlili, tələb edilən materialların yerli və xarici bazarda araşdırılması; Sorğuların hazırlanması, təchizatçı şirkətlərə göndərilməsi; Tələbə uyğun mal, material və xidmət alışının icra edilməsi; Bazar araşdırmasına əsaslanan alışının icra edilməsi; Bazar araşdırmasına əsaslanan alışlar üzrə SAP-da PO yaradılması; Ehtiyac yarandığı halda, bazarda fiziki iştirak etməklə malın satın alınması; Təchizat prosesinə aid sənədlərin izlənilməsi və qeydiyyata alınması; Satınalma müqavilələri hazırlamaq və müqavilə şərtlərini nəzarətdə saxlamaq; Yeni təchizatçıların axtarışı, qiymətləndirilməsi və təchizatçı bazasına əlavə edilməsi; Ehtiyac yarandığı halda, bazarda fiziki iştirak etməklə malın satın alınması; Tələblər : Ali təhsil — iqtisadiyyat, logistika, biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrəMS office proqramı üzrə biliklər; Təchizat, satınalma və ya logistika sahəsində 1–3 il iş təcrübəsi; ERP və ya satınalma proqramları ilə işləmə təcrübəsi arzuolunandır; Sahə üzrə sertifikat olması əlavə üstünlükdür; Azərbaycan dili (əla), Rus dili (yaxşı), İngilis dili (yaxşı). Xüsusi bacarıqlar : Analitik düşünmə bacarığı: Güclü ünsiyyət, danışıqlar və komanda ilə işləmə bacarığı; Vaxtın düzgün idarə edilməsi və operativ qərarvermə; Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq; İşgüzar yazışma və hesabat hazırlamaq bacarığı. İş şəraiti :  İş yeri: Sumqayıt şəhəri; İş qrafiki: 09 00-18 00; Sumqayıt və 20 Yanvar dairəsindən servis; Könüllü Tibbi sığorta;  Peşəkar inkişaf üçün təlimlər və seminarlar; Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən; Mövzü yerinə “Təchizat üzrə mütəxəssis” yazıb Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.