1C üzrə mühasib - City Service Company

Местоположение: Bakı

“City Service Company” MMC-də “ 1C üzrə mühasib ” vəzifəsi üzrə vakansiya elan olunur. Vəzifə öhdəlikləri: Mühasibat sənədlərinin düzgün tərtib edilməsi; Proqram üzrə mühasibat yazılışlarının düzgün daxil edilməsi; Bank əməliyyatlarının sistemə daxil edilməsi; Debitor və kreditorlarla işləməyi bacarmalı; Mədaxil və məxaric sənədlərinin hazırlanması; Qaimə-fakturaların qeydiyyatı; Digər günlük maliyyə əməliyyatlarının idarə edilməsi. Tələblər: Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil; Mühasibatlıqla bağlı nəzəri biliklərin olması; Vergi qanunvericiliyi ilə bağlı biliklərin olması; Punktual, diqqətli və məsuliyyətli olması; Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və layiqincə yerinə yetirilməsi; İş təcrübəsi: 1-3 il; Kompüter bilikləri: MS Office proqramlarından sərbəst istifadə bacarığı (Excel bilikləri yüksək səviyyədə), 1C 8.3 proqram təminatında sərbəst işləmə bacarığı. ​​​​​​​ İş barədə məlumatlar: İş qrafiki: 5 günlük iş həftəsi, 2 gün istirahət. Nahar şirkət tərəfindən verilir; Əmək haqqı: 800 manat İş yeri: Səbail rayonu, Hacıbabayevlər 4 (Dövlət Bayraq Meydanı ilə üzbəüz) Maraqlananlar CV-lərini mövzu hissəsində “ 1C üzrə mühasib ” qeyd edərək Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə və ya +99450 226 11 39 nömrəsi ilə əlaqə saxlaya bilər.