Yüklənir...
Местоположение: Bakı
Tikinti şirkətinin İnsan resursları və əmək haqqı şöbəsinə mütəxəssis tələb olunur. Əsas vəzifələr Əmək qanunvericiliyi, o cümlədən Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə biliklərə malik olmaq; İşçilərin işə qəbulu və işdən azad edilməsi proseslərinin qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilməsi; Əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət etmək; İşçilərin şəxsi işlərinin aparılması və müvafiq sənədlərin düzgün rəsmiləşdirilməsini təmin etmək; ƏMAS portalında əmək münasibətləri üzrə müvafiq əməliyyatların aparılması; Əmək müqavilələrinin bağlanması və əmək müqavilələrinə edilmiş dəyişikliklərin rəsmiləşdirilməsi; Məzuniyyət, ezamiyyət, əmək müqaviləsinə xitam və digər kadr əmrlərinin hazırlanması və rəsmiləşdirilməsi; Əmək haqqı, məzuniyyət haqqı, son haqq-hesab, ezamiyyə xərcləri və digər ödənişlərin hesablanması üzrə biliklərə malik olmaq; Əmək haqqı və digər ödənişlərə dair məlumatların 1C proqramına daxil edilməsi; İş vaxtının uçotunun aparılması və tabelərin hazırlanması; Bəyannamələrin və statistik hesabatların hazırlanması üçün zəruri məlumatların toplanması və təqdim edilməsi; İşçilərin əmək fəaliyyəti, məzuniyyətləri, iş vaxtı və digər kadr məlumatları üzrə uçotun aparılması; Kadr sənədlərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə hazırlanması, rəsmiləşdirilməsi və arxivləşdirilməsini təmin etmək; Rəhbərliyin tapşırıqlarına əsasən insan resursları üzrə digər işlərin həyata keçirilməsi. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .