Yüklənir...
Местоположение: Bakı
Əsas vəzifə öhdəlikləri : Baş mütəxəssis Cəmiyyətin Baş mühasibi və Maliyyə Rəhbərinə hesabat verir; Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin mühasibat uçotunun təşkil edilməsində müstəsna rol oynayır; Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir; Əkinçilik və heyvandarlıq üzrə mühasibat uçotunun təşkil edilməsində iştirak edir; Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil edir; Aylıq, rüblük və illik ƏDV, Mənfəət Vergisi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti qurumlara təqdim edilməsində iştirak edir; Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr tərtib edir; İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasında iştirak edir; Balans və müəssisənin fəaliyyəti haqqında digər ümumi hesabatların tərtib edilməsi, onların təyin edilmiş qaydada müvafiq orqanlara təqdim edilməsini təşkil edir; Vergilərin və digər icbari ödənişlərin hesablanması və onların ödənilməsinə icra edir; Müqavilələrin təsdiqləyici sənədlərin tərtib edilməsi və imzalanması, hesablaşmaların vaxtında və tam icra edilməsinə aid olan şərtlərinin yerinə yetirilməsini icra edir; Müəssisənin maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu və hesabat sənədlərində tam və düzgün göstərilməsini təmin edir; Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin edir; Dövlət orqanlarına olan hesabatların doğruluğunu təsdiqləndikdən sonra tədim edir; Subsidiya alınması üçün sənədlərin hazırlanması və təqdim edilməsini təmin edir; Anbar silinmələri , xidmət, və digər əməliyyatların xərc maddələrini mühasibat və maliyyə uçotuna görə düzgün vurulmasını və uyğunsuzluq olarsa düzəldilməsini təmin edir; Əsas vəsaitə keçid, kapital olunan texnika və materialları aktlaşdırmaq və imzalanmasını təmin edir; Təhtəl hesablamaları aylıq olaraq qaytarılmasını , işlərin yekunlaşmasına nəzarət etmək; ƏDV , şəxsi hesab vərəqəsi və digər hesabları aylıq olaraq yoxlanılması , kənarlaşmaları həll edir; Aylıq və illik inventarizasiya prosesinin təşkilində müstəsna rol oynayır, prosesi aktlarla yekunlaşdırıb hesabat verir; İllik əsas vəsaitlərin inventarizasiya proesinində iştirak edir , prosesin icrasını izləyir , 1C-də lazımı düzəlişləri edir; Satış müqavilələrin təsdiqi,qruplaşdırılması və toplanılması; Kassa əməliyyatlarına nəzarət edilməsi,Gündəlik kassa hesabatının yoxlanılması; Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və dəqiq icra edilməsi. Tələblər: Ali təhsil (Mühasibatlıq, Maliyyə, İqtisadiyyat ixtisasları üzrə); Minimum 3 il aparıcı mühasib və ya mühasib kimi iş təcrübə; Əkinçilik və heyvandarlıq üzrə təcrübə; (arzuolunandır) Azərbaycan Respublikası Əmək və Vergi Məcəlləsi, mühasibat uçotu üzrə biliklər; Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı; 1C 8.3 proqramında sərbəst işləmə bacarığı; E-taxes.gov.az və digər elektron portallardan istifadə bacarığı; Riyazi hesablama və analitik təhlil qabiliyyəti; Vergi qanunvericiliyini mükəmməl bilməli; İdarəetmə və təşkilatçılıq bacarıqları. Əmək şəraiti: Pozitiv və dəstəkləyici iş mühiti İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün) İş vaxtı: 09:00-18:00 (08:00-17:00, 09:30-18:30 iş qrafiki ilə də işləmək mümkündür) Əmək haqqı: 1800 gross Müraciət etmək üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Mühasibatlıq şöbəsinin baş mütəxəssisi” qeyd edərək göndərməyinizi xahiş edirəm.