Korporativ Satış mütəxəssisi - Fintech Lab MMC

Местоположение: Bakı

Vəzifə öhdəlikləri:  Potensial korporativ müştərilərin araşdırılması, hədəf siyahısının hazırlanması və soyuq/isti təmasların qurulması; Müştəri sənəd proseslərinin təhlili və platformanın onlara verəcəyi qənaətin rəqəmlərlə əsaslandırılması; Onlayn və üzbəüz demo görüşlərinin təşkili, platformanın canlı təqdimatı Fərdi kommersiya təkliflərinin hazırlanması, danışıqların aparılması və müqavilənin bağlanması; Yeni müştərinin platformaya köçürülməsi (onboarding) prosesinin müşayiəti; Mövcud portfelin idarə edilməsi, abunəliyin uzadılması və portfelin böyüdülməsi; Aylıq satış planının icrası, həftəlik hesabatın rəhbərliyə təqdim edilməsi; Bütün təmasların və satış mərhələlərinin CRM sistemində qeydiyyatı; Müştərilərdən gələn geri bildirimlərin məhsul komandasına ötürülməsi. Tələblər: B2B / korporativ satış sahəsində minimum 1 il təcrübə; Ali təhsil (marketinq, biznesin idarə edilməsi, iqtisadiyyat üzrə üstünlük verilir); Azərbaycan dilini səlis bilmək; rus və ya ingilis dili üstünlükdür; MS Excel-də sərbəst işləmək bacarığı (hesabat, sadə analiz); CRM sistemləri ilə iş təcrübəsi üstünlükdür; Güclü danışıq, təqdimat və etirazlarla işləmə bacarığı Bakı daxilində müştəri görüşlərinə çıxmaq imkanı Rəqəmsal məhsul / SaaS satışı təcrübəsi böyük üstünlükdür İş barədə məlumat: Əmək haqqı: 600 AZN + bonus. İş yeri: Bakı, Ə. Rəcəbli küç. Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda 5 günlük iş qrafiki: I-V-ci günlər 09:00-18:00 CV-lərinizi “Korporativ Satış mütəxəssisi” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır.