Sürücü - Foton

Местоположение: Bakı

Vəzifə öhdəlikləri: Təhkim edildiyi layihədəki əməkdaşların ərazi daxilində daşınmasını təmin etmək; Şirkət əməkdaşlarını təyinat yerinə rahat və təhlükəsiz çatdırılmasını təmin etmək; Şirkət tərəfindən təhkim olunmuş avtomobilin təmiz və səliqəli saxlanılmasına nəzarət etmək; İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə riayət etmək. Namizədə aid tələblər: Yol hərəkəti qaydaları biliyi – yüksək səviyyədə; Sürücü kimi əvvəlki iş yerlərində minimum 3 il  təcrübəyə malik olmaq ; Dəyişkən iş mühitində təzyiq altında çalışmaq və hər zaman səbr və təmkinliyini qoruyub saxlamaq; B və C kateqoriyalı sürücülük vəsiqəsi. İş şəraiti: İş rejimi: 5 günlük; İş yeri: İşin tələbinə uyğun olaraq namizəd Azərbaycan Respublikasının müxtəlif rayonlarına ezam olunacaq; İşçinin telefon danışığı şirkət tərəfindən təmin edilir. Xahiş edirik CV-lərinizi mövzu bölməsində “ Sürücü ” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz.