Местоположение: Bakı
Nə təklif edirik? Könüllü tibbi siğorta (ailə paketi); “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük; İşçinin inkişafı üçün təlim, tədris proqramları. İşin təsnifatı: HVAC, MEP, liftlər, yanğın və təhlükəsizlik sistemləri, BMS daxil olmaqla bütün texniki sistemlər üzrə planlı, qabaqlayıcı və operativ texniki xidmət proqramlarını hazırlamaq və icra etmək; Texniki mühəndislər, nəzarətçilər və texniki işçilərdən ibarət komandaya rəhbərlik etmək və onların fəaliyyətinə nəzarət etmək; İllik texniki xidmət büdcəsini hazırlamaq, xərclərə nəzarət etmək, proqnozlaşdırma və təhlil işlərini aparmaq; Büdcəyə riayət olunmasını təmin etmək və xərclərin optimallaşdırılması məqsədilə texniki xidmət xərclərini izləmək; Yerli qanunvericiliyə, texniki normativlərə və daxili təhlükəsizlik standartlarına uyğunluğu təmin etmək; KPI göstəricilərini (sistemlərin işləkliyi, enerji sərfiyyatı, texniki xidmətə cavab müddəti və s.) izləmək və təkmilləşdirmə imkanlarını müəyyənləşdirmək; Podratçılar və xidmət təminatçıları ilə işin təşkili, müqavilələrin idarə olunması və xidmət səviyyəsinə (SLA) nəzarət etmək; Obyekt idarəçiləri və layihə komandaları ilə əməkdaşlıq edərək texniki xidmət işlərini koordinasiya etmək; Kapital xərcləri planlaşdırmaq, aktivlərin istismar müddətini izləmək və texniki yenidənqurma layihələrinə dəstək göstərmək; Texniki sənədlərin, sertifikatların və hesabatların düzgün və vaxtında hazırlanmasını təmin etmək. Tələblər: Mexanika, Elektrik və ya Müəssisə Mühəndisliyi (Facility Management) sahəsində bakalavr dərəcəsi (magistr və ya MBA üstünlükdür); Texniki xidmət və ya müəssisə idarəçiliyi sahəsində minimum 10 illik ümumi iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə azı 5 illik təcrübə; Genişmiqyaslı OPEX və CAPEX büdcələrinin hazırlanması və idarə olunması üzrə təcrübə; MEP, HVAC, yanğın və təhlükəsizlik, enerji idarəçiliyi və BMS sistemləri üzrə dərin texniki biliklər; CMMS proqramları ilə iş təcrübəsi; Güclü liderlik, analitik düşünmə və ünsiyyət bacarığı; Yerli texniki normativlər, təhlükəsizlik qaydaları və dayanıqlı idarəetmə prinsipləri üzrə biliklər; CEM, PMP, NEBOSH və ya IFMA/FMP kimi beynəlxalq sertifikatların olması üstünlükdür. İş şəraiti: İş rejimi: 5 günlük İş yeri: Naftalan şəhəri CV-lərinizi “ Texniki işlər üzrə qrup rəhbəri” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.