Backend (Java) proqramlaşdırma üzrə Aparıcı Mütəxəssis - Golden Pay

Местоположение: Bakı

Vakansiyanın tələbləri:  Proqram təminatının hazırlanması üzrə 3 il; İnformasiya Texnologiyaları sahəsində təhsil, təlim və beynəlxalq dərəcəli sertifikatlar arzu olunandır; Bir və ya bir neçə proqramlaşdırma dilləri üzrə biliklər (məsələn, Java, Python, C#, JavaScript və s);  Proqram təminatının dizayn prinsipləri, mikroservislər arxitekturası və paylanmış sistemlər haqqında güclü anlayış; Konteynerləşdirmə texnologiyaları (Docker, Kubernetes) ilə təcrübə; Verilənlər bazaları (SQL, NoSQL) və məlumatların saxlanması texnologiyaları ilə tanışlıq; MS Office proqramlarını yaxşı bilmək; Azərbaycan və İngilis dillərini yaxşı bilmək, Rus dili üstünlükdür;  Problem həll etmə və analitik düşüncə.  Vəzifə öhdəlikləri:  Layihələr üzrə kodların nəzərdən keçirilməsini təmin etmək, “pull request”-ləri yoxlamaq, layihə dizaynını nəzarətdə saxlamaq;   Mövcud pluginlərin dəstəklənməsində, yeni pluginlərin yaradılmasında qərarverici kimi iştirak etmək, bu işlərə nəzarət etmək, yaranan texniki problemlərin həllinə dəstək vermək və yazılan pluginlərin düzgün arxitektural strukturda olmasına nəzarət etmək; Arxitektura ilə bağlı qərarlar vermək, ən yaxşı təcrübələr əsasında təkliflərlə çıxış etmək; Layihələr üzrə sənədləşdirmə işlərinin aparılmasında iştirak etmək; Proqramçılar üçün müxtəlif qaydalar və təlimatların yaradılmasında birbaşa iştirak etmək; Rəhbərlik tərəfindən verilən tapşırıqların icrasını təmin etmək; İcra etdiyi işlərlə bağlı birbaşa rəhbərinə hesabat vermək.  İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək.  Müraciət etmək üçün, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik.   Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.