Keyfiyyətə və prosesə nəzarət üzrə mütəxəssis - Green Tech

Местоположение: Bakı

Vəzifə öhdəlikləri: İxrac olunan məhsulların keyfiyyət göstəricilərinə uyğunluğunu yoxlayır, Keyfiyyətə nəzarət təlimatına istinadən uyğun olmayan məhsulların ixracını dayandırır; İxrac olunan şitillərin keyfiyyət göstəricilərinə uyğunluğunu yoxlayır, Keyfiyyətə nəzarət təlimatına istinadən uyğun olmayan şitilin ixracını dayandırır; İstixana və şitilxanada həftəlik monitorinqlər aparır (sahə mövsümə uyğun olaraq dəyişilir), çıxan uyğunsuzluqlarla bağlı hesabatlar verir;  İSO 22000:2018 Qida Təhlükəsizlik Standartına , ISO 9001:2015  və Global Gap standartına cavab verən formların tətbiqini izləyir; Ön şərt planına əsasən İstehsalat və ona yardımçı sahələri ayda 1 dəfə yoxlayır, aşkar edilən uyğunsuzluqları müvafiq şöbələrə yönləndirir; İSO 22000:2018 Qida Təhlükəsizlik və İSO 9001:2015 Standartına uyğun olaraq təlimatları, prosedurları yazır, uyğun formları hazırlayır; Global GAP standartına uyğun olaraq təlimatları, prosedurları yazır; Birbaşa rəhbəri tərəfindən verilən digər tapşırıqları icra edir. Tələblər: Ali təhsil; İSO 22000:2018 Qida Təhlükəsizlik standartı , Global Gap , ISO 9001:2015  sertifkatları Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi (istehsal sahəsində təcrübəyə üstünlük verilir); MS Office proqramlarında işləmək bacarığı B kateqoriyalı sürücülük vəsiqəsi olan bəy namizəd Diqqətli, məsuliyyətli və operativ olmaq Komandada işləmək bacarığı İş barədə məlumat Əmək haqqı razılaşma əsasında İş yeri: Binə qəsəbəsi İş vaxtı: 5 günlük iş qrafiki. Nahar və servis şirkət tərəfindən təmin olunur. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Keyfiyyətə və prosesə nəzarət üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət  olunacaqdır.