İnsan Resursları (HR) üzrə mütəxəssis - Istanbul Teknik

Местоположение: Bakı

Əsas vəzifə öhdəlikləri: Əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı ƏM bildirişlərin Elektron informasiya sisteminə (ƏMAS) daxil edilməsi və müvafiq sənədləşmənin icra edilməsi; ƏMAS sistemində dəyişikliklərin edilməsi; Əmək haqqı, məzuniyyət, son haqq-hesab, ezamiyyə, təzminat, əmək qabiliyyəti olmama vərəqələrinin hesablanması və ödənilməsi (müvafiq hesablara yüklənməsi); Aylıq iş vaxtının uçot tabelinin hazırlanması; Əməkhaqqı kartlarının sifarişinin verilməsi; Əmək qanunvericiliyinin tələblərinə əsasən müvafiq əmrlərin hazırlanması; İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması; İş fəaliyyəti ilə əlaqədar müvafiq hesabatların dövlət qurumlarına və rəhbərliyə təqdim edilməsi; Qanunvericiliyin tələblərinə əsasən digər sənədlərin tərtib edilməsi; DƏMX-dən və digər qurumlardan ünvanlanan sorğuların cavablandırılması; Vəzifə təlimatlarının yazılması; Arayış, xəstəlik vərəqələri və çıxarışların hazırlanması, qeydiyyatı; Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatların hazırlanaraq təqdim edilməsi. Namizədə tələblər: Əlaqədar sahə üzrə bakalavr dərəcəsi; Azərbaycan Respublikası Əmək Məcəlləsi və əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli; İnsan resurslarının idarə olunması, funksiyaları və prosedurları haqqında geniş biliyə sahib olmalı; Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı; MS Office proqramlarını sərbəst istifadə bacarığı; İnsan resursları sahəsində azı 2 il iş təcrübəsi; Yaş həddi: 25–30; Məsuliyyətli, öyrənməyə həvəsli və güclü təşkilatçılıq bacarığı. İş şərtləri: 09:00–18:00 / 5 günlük iş həftəsi; İstirahət günləri: şənbə və bazar günü; Əmək haqqı: 900–1000 AZN; İş yeri ünvanı: Bakı şəhəri, Xətai rayonu, AGA Center (Xətai metrosuna 5 dəqiqəlik məsafə). Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.