Əlaqə mərkəzi üzrə qrup rəhbəri - LANDAU Education Group

Местоположение: Bakı

Təsvir Çağrı mərkəzi əməkdaşlarının gündəlik fəaliyyətinin idarə edilməsi, zənglərə nəzarət və keyfiyyətin qiymətləndirilməsi vasitəsilə daxili proseslərin optimallaşdırılmasına dəstək; Komandanın performansının izlənməsi və inkişafı yolu ilə Müştəri Məmnuniyyətinin İdarəolunması axınının effektiv işləməsinin təmin edilməsi; Şirkət tərəfindən qoyulmuş məqsədlərə (KPI-lara) nail olmaq üçün komandaya rəhbərlik və dəstək göstərilməsi; Əlaqə mərkəzinə daxil olan zənglərin, müraciətlərin (ümumi məlumat, şikayət və təklif xətləri) müntəzəm dinlənilməsi və qiymətləndirilməsi; Əvvəlcədən müəyyən edilmiş keyfiyyət standartlarına (skriptə uyğunluq, ünsiyyət tərzi, problemin düzgün həlli və s.) əsasən qiymətləndirmə; Qiymətləndirmə nəticələrinin sistemləşdirilməsi və müntəzəm hesabatların hazırlanması; Operatorların gündəlik iş qrafikinin planlaşdırılması və icrasına nəzarət; Zəng keyfiyyəti aşağı olan əməkdaşlar üçün əlavə təlim və inkişaf planlarının hazırlanması; Komanda daxilində motivasiyanın artırılması və iş intizamına nəzarət; Onlayn çat bölməsinə daxil olan sorğuların vaxtında və keyfiyyətli cavablandırılmasının təmin edilməsi; Rəhbərlik tərəfindən təyin olunmuş digər tapşırıq və sorğuların icrası. Tələblər Ali təhsil; Çağrı mərkəzi və ya müştəri xidmətləri sahəsində iş təcrübəsi (rəhbər vəzifədə təcrübə üstünlükdür); Microsoft Office proqramları ilə işləmək bacarığı; Yüksək səviyyədə Azərbaycan dili və rus dili biliyi; İngilis dili biliyi – minimum B1 səviyyəsi; Yaxşı ünsiyyət bacarığı; Müştəri yönümlülük; Dəqiqlik və məsuliyyətlilik, komandada işləmək bacarığı. Biz nə təklif edirik: Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə; İş saatları: 08:00-17:00/9:00 - 18:00 (həftədə 5 dəfə); İş yeri: Bayıl (servis xidməti mövcuddur); Peşəkar inkişaf imkanı; Könüllü tibbi sığorta; Push30 proqramından 75% endirim ilə istifadə imkanı; Landau School-da uşaqların təhsilində xüsusi endirimlər. Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər   Müraciət et   düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.