Местоположение: Bakı
Rəqəmsal marketinq agentliyi Make Agency komandaya Qrafik dizayner axtarır. Bir gündə brendbuk, ertəsi gün reklam kampaniyası — burada eyni işi təkrarlamırsan. Vəzifə öhdəlikləri: Sosial media, reklam kampaniyaları və saytlar üçün qrafik materialların hazırlanması Brend identikası ilə iş: loqotip, rəng palitrası, brendbuk Çap materialları: katalog, buklet, bilbord, POS materiallar Banner və reklam kreativlərinin hazırlanması, formatlar üzrə uyğunlaşdırılması SMM və kopiraytinq komandası ilə birgə kontent hazırlanması Hazır materialların brend üslubuna uyğunluğuna nəzarət Tələblər: Qrafik dizayn üzrə ən azı 2 il təcrübə Adobe Photoshop və Illustrator üzrə peşəkar bilik Tipoqrafika, kompozisiya və rəng üzrə möhkəm biliklər Çap üçün fayl hazırlamaq bacarığı (CMYK, bleed, pre-press) Portfolio — real layihələrdən nümunələr (mütləqdir) Əlavə üstünlük veriləcək qabiliyyətlər: Adobe After Effects və ya Premiere Pro ilə motion dizayn InDesign, CorelDRAW Figma ilə işləmə bacarığı Süni intellekt alətləri ilə iş təcrübəsi Biz sənə nə təklif edirik: Sabit əmək haqqı: 1 000 – 1 500 AZN (təcrübəyə və portfolioya görə) Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə Müxtəlif sənaye sahələrindən tanınmış brendlərin layihələri Yaradıcı azadlıq — ideyalarını sərbəst ifadə edə biləcəyin komanda İş qrafiki: 5/7, B.e – Cümə, 10:00 – 19:00. Ofis: Bakı ş., Badamdar Qısa zamanda zəngin portfel formalaşdırmaq imkanı Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.