Yüklənir...
Местоположение: Bakı
İş yeri: Bakı şəhəri İş rejimi: Tam ştat Vəzifə öhdəlikləri: Hotelin İT sistemlərinin fasiləsiz və düzgün fəaliyyətinin təmin edilməsində İT Menecerinə dəstək olmaq; İT Meneceri olmadıqda onun gündəlik işlərinin və tapşırıqlarının icrasını təmin etmək; Kompüter, printer, POS, telefon və digər İT avadanlıqlarının texniki dəstəyini həyata keçirmək; Əməkdaşların İT ilə bağlı müraciətlərini qəbul etmək və texniki problemləri operativ şəkildə həll etmək; Hotelin şəbəkə, internet və sistemlərinin işlək vəziyyətdə saxlanılmasına nəzarət etmək; Proqram təminatlarının quraşdırılması, yenilənməsi və texniki problemlərin aradan qaldırılmasını təmin etmək; İT avadanlıqlarının inventar uçotunu və texniki vəziyyətinə nəzarəti həyata keçirmək; İstifadəçi hesablarının, girişlərin və İT təhlükəsizliyi ilə bağlı proseslərin idarə edilməsində iştirak etmək; Hotelin istifadə etdiyi proqram və sistemlərlə bağlı yaranan problemlərin həllini təmin etmək; İT təhlükəsizliyi və daxili prosedurlara riayət olunmasına nəzarət etmək; İT Menecerinə hesabatların və digər sənədlərin hazırlanmasında dəstək olmaq; İT şöbəsinin gündəlik fəaliyyətinin koordinasiyasında iştirak etmək. Namizədə tələblər: İT sahəsində minimum 2 il iş təcrübəsi ; Hotel sektorunda İT sahəsində iş təcrübəsi üstünlükdür; İT sistemləri, kompüter avadanlıqları və şəbəkə üzrə yaxşı bilik; Windows, MS Office və əsas sistem inzibatçılığı üzrə biliklər; Şəbəkə, internet, printer, POS və digər periferiya cihazları ilə işləmə bacarığı; Texniki problemləri analiz etmək və operativ həll etmək bacarığı; Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilmək; Rus dili biliyi üstünlükdür; Liderlik və koordinasiya bacarığı; Məsuliyyətli, diqqətli və operativ olmaq; Komanda idarəetməsi və yüksək iş tempinə uyğunlaşmaq bacarığı. İş şəraiti: Rəsmi əmək müqaviləsi; Peşəkar və dinamik kollektiv; Karyera inkişafı imkanları; Nahar təminatı; Beynəlxalq hotel şəbəkəsində işləmək imkanı. Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “İT Menecer Müavini” qeyd etmələri xahiş olunur.