Местоположение: Bakı
Vəzifə öhdəlikləri: Fəaliyyətdə olan və yeni aşkarlanmış APT qruplarının gündəlik monitorinqini və təhlilini həyata keçirmək; APT hücumlarında istifadə olunan TTP-ləri (Tactics, Techniques & Procedures) müəyyənləşdirmək və MITRE ATT&CK çərçivəsində təsnifləndirmək; APT qrupları ilə əlaqəli IOC-ləri (IP ünvanları, domainlər, fayl hash-ləri və s.) toplamaq, əlaqələndirmək, təhlil etmək və sənədləşdirmək; Təhlil edilən APT qrupları və onların fəaliyyətləri üzrə həftəlik və hadisə əsaslı Threat Intelligence hesabatları hazırlamaq; Müxtəlif açıq və etibarlı məlumat mənbələrindən əldə olunan xəbərləri və kəşfiyyat məlumatlarını təhlil edib sintezləşdirmək və daxili istifadə üçün uyğun strukturlaşdırılmış formata salmaq; APT qruplarının fəaliyyətində baş verən dəyişiklikləri, yeni TTP və IOC-ləri müəyyənləşdirmək və müvafiq tərəfləri məlumatlandırmaq. Tələblər: İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və ya əlaqədar ixtisasları üzrə ali təhsil; MITRE ATT&CK çərçivəsinin əsas prinsipləri və TTP (Tactics, Techniques & Procedures) anlayışı üzrə bilik; VirusTotal, Hybrid Analysis, ANY.RUN və digər malware/sandbox analiz alətləri ilə işləmə təcrübə; Threat Intelligence feed-ləri, o cümlədən APT qrupları (APT28, APT31 və s.) və onların fəaliyyət göstəriciləri (IOC) haqqında məlumatlılıq; IP ünvanı, domain, hash və e-mail kimi IOC-lərin təhlili, təsnifləşdirilməsi və sənədləşdirilməsi bacarığı; OpenCTI və ya MISP kimi Cyber Threat Intelligence (CTI) platformalarının əsas funksionallıqları ilə işləmə bacarığı; Scripting və avtomatlaşdırma məqsədilə proqramlaşdırma bilikləri (məsələn, Python, PowerShell və ya digər uyğun dillər). İş şərtləri: İş qrafiki: Tam iş günü (5 gün). İş saatları: 09:00-18:00. İş yeri: Bakı Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.