Местоположение: Bakı
"Mint Services" MMC “İnsan resursları üzrə mütəxəssis” vəzifəsinə vakansiya elan edir: Vəzifə öhdəlikləri: Əmək qanunvericiliyinə, daxili əsasnamə və prosedurlara uyğun olaraq işçilərin işə qəbulu, işdən azad olunması, vəzifə dəyişiklikləri, transfer və digər kadr əməliyyatlarının icra edilməsi; İşçilərlə bağlı bütün kadr sənədlərinin hazırlanması, qeydiyyatı və arxivləşdirilməsinin təmin edilməsi; İşçilərlə bağlı bütün dəyişikliklərin müvafiq dövlət portallarına vaxtında və düzgün şəkildə daxil edilməsi; Əmək kitabçalarının qeydiyyatının aparılması, yeni əmək kitabçalarının açılması və zərurət olduqda doldurulması; Məzuniyyət qrafikinin hazırlanması, məzuniyyətlərin izlənilməsi və uçotunun aparılması; İşçilərin müraciətləri əsasında arayış, xasiyyətnamə və digər rəsmi sənədlərin hazırlanması; Əcnəbi əməkdaşlarla bağlı miqrasiya sənədlərinin hazırlanması, izlənilməsi və miqrasiya proseslərinin koordinasiya olunması; Miqrasiya ilə bağlı icazələrin, qeydiyyat və digər zəruri sənədlərin müddətlərinə nəzarət edilməsi və yenilənmə prosesinin təşkili; İşçilərin gündəlik davamiyyətinin (tabel) izlənilməsi, tabel məlumatlarının hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi; HR hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi; İşçi intizamı, daxili qaydalar və əmək münasibətləri ilə bağlı məsələlərin operativ həllinə dəstək göstərilməsi. Namizədə dair tələblər: Ali təhsil (idarəetmə, biznesin təşkili və ya əlaqəli sahə üzrə üstünlükdür); İnsan Resursları sahəsi üzrə minimum 3-4 il iş təcrübəsi; Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək; MS Office (xüsusilə MS Excel yaxşı səviyyədə bilməli) işləmək bacarığı; Azərbaycan dili səlist, xarici dil biliyi üstünlükdür; Güclü ünsiyyət, təşkilatçılıq və koordinasiya bacarığı; Komandada işləmək və eyni zamanda müstəqil qərarvermə bacarığı; Məsuliyyətli, təşəbbüskar, detallara diqqətli və operativ olmaq; Çoxşaxəli iş mühitində işləmək bacarığı. İşində motivasiyalı, öyrənməyə açıq və təşəbbüskar olması arzu olunandır. İş şəraiti: İş saatları: 09:00 – 18:00; Nahar fasiləsi: 13:00-14:00; İstirahət günü: Şənbə, Bazar; İş yeri: Bakı şəhəri, Globus Center; Nahar şirkət tərəfindən verilir; Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə; Əmək haqqı: 900 AZN. Uyğun namizədlər öz CV-lərini “İnsan resursları üzrə mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.