Местоположение: Bakı
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Hüquq Departamentinin Rəhbəri vəzifəsinə işçi axtarışı elan edir. Vəzifə öhdəlikləri Şirkətin ali rəhbərliyinə hüquqi risklər, biznes qərarələrinin hüquqi nəticələri, korporativ idarəetmə, əqli mülkiyyət hüququ və əmək hüququ məsələləri üzrə hüquqi məsləhətlər vermək. Hüquqşünaslardan ibarət komandanın fəaliyyətinə rəhbərlik etmək, tapşırıqları bölüşdürmək və mürəkkəb hüquqi məsələlər üzrə əməkdaşlara metodiki dəstək göstərmək. Hüquqi risklərin minimuma endirilməsi və qanunvericiliyin tələblərinə tam uyğunluğun təmin edilməsi məqsədilə hüquqi strategiyalar hazırlamaq və tətbiq etmək. Yeni layihələrin həyata keçirilməsi zamanı biznes bölmələrinə, risklərin idarə edilməsi və komplayns funksiyalarına hüquqi dəstək göstərmək. Tənzimləyici tələblərin icrasını, məlumatların açıqlanması prosesini və Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) və digər dövlət orqanları ilə qarşılıqlı əlaqələri hüquqi baxımdan müşayiət etmək. Müqavilələrin və şirkətin maraqlarının qorunmasına xidmət edən digər mühüm hüquqi sənədlərin hazırlanmasını, razılaşdırılmasını və hüquqi ekspertizasını həyata keçirmək. Məhkəmə mübahisələrini idarə etmək, məhkəmələrdə və barışıq sazişlərinin bağlanması prosesində şirkətin maraqlarını təmsil etmək, həmçinin kənar hüquq məsləhətçilərinin fəaliyyətini əlaqələndirmək. Hüquqi, müqavilə və korporativ sənədlərin saxlanılması üzrə səmərəli sənəd dövriyyəsi və arxiv sistemini təşkil etmək və idarə etmək. Namizədə tələblər Hüquq ixtisası üzrə ali təhsil. Hüquq sahəsində minimum 5 il iş təcrübəsi (bank, bank olmayan kredit təşkilatı (BOKT) və ya FinTech sektorunda təcrübəyə üstünlük verilir). Ən azı 3–5 nəfərdən ibarət hüquqşünas komandasının idarə olunması üzrə uğurlu rəhbərlik təcrübəsi. Azərbaycan Respublikasının qanunvericiliyini dərindən bilmək (müqavilə hüququ, korporativ hüquq, əmək hüququ, əqli mülkiyyət hüququ, AMB-nin normativ aktları, BOKT-lar haqqında qanunvericilik və fərdi məlumatların qorunması sahəsində qanunvericilik). Məhkəmə işlərinin aparılması, barışıq sazişlərinin bağlanması və biznes layihələrinin hüquqi müşayiəti sahəsində praktik təcrübə. Azərbaycan və rus dillərini sərbəst səviyyədə bilmək (hüquqi terminologiya və hüquqi sənədlərlə işləmək bacarığı daxil olmaqla). İş şəraiti: İş yeri: Bakı şəhəri; İş qrafiki: 08:30 - 17:30 (Bazar ertəsi - Cümə); Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək. Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində Hüquq Departamentinin Rəhbəri qeyd etməklə göndərmələri xahiş olunur.