Yüklənir...
Местоположение: Bakı
Şirkətimizə mühasibatlıq və maliyyə proseslərinin idarə olunması üzrə təcrübəli Baş mühasib axtarılır. Əsas vəzifə öhdəlikləri: Şirkətin mühasibat uçotunun qanunvericiliyə uyğun şəkildə təşkil və idarə edilməsi; Vergi, mühasibat və maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi; ƏDV, mənfəət vergisi, əmək haqqı və digər vergi öhdəliklərinin düzgün hesablanmasına nəzarət; Vergi orqanları və digər dövlət qurumları ilə yazışmaların və proseslərin idarə olunması; Bank əməliyyatlarına, kassa və ödənişlərə nəzarət; Debitor və kreditor borcların uçotunun aparılması və nəzarətdə saxlanılması; Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması; İlkin mühasibat sənədlərinin düzgünlüyünə nəzarət; Mühasibatlıq üzrə daxili proseslərin və sənəd dövriyyəsinin təşkili; Audit və yoxlamalar zamanı tələb olunan sənədlərin hazırlanması; Mühasibatlıq komandasının işinin koordinasiyası və nəzarəti. Namizədə tələblər: Mühasibatlıq sahəsində ən azı 10 il iş təcrübəsi ; Baş mühasib vəzifəsində iş təcrübəsi; Azərbaycan Respublikasının vergi və mühasibat qanunvericiliyini yaxşı bilmək; Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə praktiki təcrübə; 1C və MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmək bacarığı; Analitik düşüncə və yüksək məsuliyyətlilik; Detallara diqqətli yanaşma; Komandanı idarə etmək və iş proseslərini koordinasiya etmək bacarığı. İş şəraiti: İş qrafiki: 5 günlük iş həftəsi; Əmək haqqı: namizədin təcrübə və peşəkar bacarıqlarına uyğun olaraq müsahibə əsasında ; Stabil və peşəkar iş mühiti; Karyera və peşəkar inkişaf imkanları. CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik. Mövzu hissəsində "Baş Mühasib" qeyd olunmalıdır.