Yüklənir...
Местоположение: Bakı
Vəzifə təlimatı: Xüsusi kağız və parça da daxil olmaqla, boya, vinil və divar kağızlarını divarlara, mebellərə və müxtəlif konstruksiyalara tətbiq etmək; Boyanmış daxili və xarici səthləri, dekorativ elementləri və qurğuları yoxlamaq və onlara texniki qulluq göstərmək; Səthləri hazırlamaq, rəngləmək və təmizləmək; Müvafiq materiallardan istifadə etməklə divar səthlərini yoxlamaq və yeniləmək; Divarlar üçün uyğun divar kağızı və ya parça seçmək, kəsmək və tətbiq etmək; Boyama işlərinin icrası üçün obyektin planlarını və təsvirlərini oxumaq; Boya təchizatını və materiallarını sifariş etmək; Daxili divarları və tavanları divar kağızı və ya parça ilə örtmək; Yüksək təzyiqli, kiçik həcmli sprey cihazlarından istifadə etmək; Müvafiq ixtisası olmayan və ya tam ixtisaslaşmamış işçilərə kömək etmək; Müxtəlif elektrik və əl alətlərindən istifadə etmək və onların texniki vəziyyətini qorumaq; İş başa çatdıqdan sonra iş sahəsini təmizləmək, avadanlıq və alətləri aidiyyəti üzrə geri qaytarmaq; Təmiz iş mühitini təmin etmək; Boya ləvazimatlarına və avadanlıqlarına nəzarət edilməsində, boya emalatxanalarının təmiz və təhlükəsiz saxlanılmasında texniki xidmət üzrə mühəndisə kömək etmək. Tələblər Qeyd olunan vəzifə üzrə azı 1 (bir) il iş təcrübəsi; (hotel təcrübəsi üstünlükdür) Təmir və lehimləmə işlərini aparmaq bacarığı; Dəyişkən iş qrafikində işləmək bacarığı; Əməyin mühafizəsi və təhlükəsizlik qaydaları üzrə biliklər. Şərtlər: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə; Həftədə 6 iş günü, 1 gün istirahət; Əmək haqqı: Razılaşma əsasında Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində “ Rəngsaz ” qeyd etməyiniz xahiş olunur