Yüklənir...
Местоположение: Bakı
SMM Mütəxəssisi (Social Media Manager) axtarılır! Müasir və çoxfunksiyalı bir məkan — həm kafe, həm də müxtəlif təlimlər, görüşlər və media layihələri üçün nəzərdə tutulmuş rahat bir mühit üçün SMM Mütəxəssisi axtarılır. Bu vakansiyada şəxs, həm kafenin gündəlik sosial mediasını idarə edəcək. Vəzifələr: Kafenin sosial mediasını idarə olunması; Brendin tanıdılması üçün ideyalar, kampaniyalar və təşəbbüslər irəli sürmək; Çəkiliş proseslərində (foto/video) aktiv iştirak və yaradıcı yanaşma göstərmək; Sosial media platformalarında influencerlərin seçimi, əməkdaşlıqların qurulması və kampaniyaların idarə olunması. Namizədə tələblər: SMM sahəsində ən azı 3 il təcrübə; Yüksək səviyyədə estetik baxış; Sosial media hesablarının (Instagram, Facebook, TikTok və s.) idarə olunması; Sosial media trendlərini, kontent və brendinq prinsiplərini yaxşı bilmək; Post, storie və reels üçün ideyaların yaradılması; Reklam kampaniyalarının (Meta Ads və s.) qurulması və idarə olunması; Trendlərin izlənməsi və tətbiqi; Canva, CapCut və ya digər dizayn/video alətləri ilə işləmə bacarığı; Komandada işləmək və deadline-lara riayət etmək bacarığı; Yaradıcı düşüncə, operativlik və yüksək ünsiyyət bacarığı; Enerjili və təşəbbüskar olmaq; İnglis dili tələb, rus dili arzuolunan. Biz təklif edirik: Açıq və yaradıcı iş mühiti; Yüksək səviyyədə estetik baxış və SMM bacarığı əsas tələblərdəndir. Güclü namizəd üçün bazar ortalamasından yüksək əməkhaqqı nəzərdə tutulur. Enerjili komanda ilə işləmək və öz ideyalarını həyata keçirmək istəyirsənsə —CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndər.