Yüklənir...
Местоположение: Bakı
Tələblər Dil biliyi: Azərbaycan dili-əla, Rus və İngilis dili arzu olunandır; Yaş 22-30, Xanım namizədlər üçün Orta (orta ixtisas, ali) təhsilli və ya xüsusi əlavə hazırlıq keçmiş, bu sahədə ən azı 1 illik iş stajına malik olması arzu olunandır. Kompüter biliyi: MS Office standart kompüter proqramları (Outlook, Word və ya Excell); Bacarıq və şəxsi keyfiyyətlər: İşgüzar ünsiyyət və yazışmalar etikası; Kollektivdə işləmək bacarığı; Səliqəlilik; Məsuliyyət; Stresə davamlılıq; Diqqətlilik; Dəqiqlik; İnsanlarla işləmək bacarığı. Vəzifə öhdəlikləri Aviabiletlərin bronlaşdırılması, yer təxsisi və satışını həyata keçirmək; Aviabiletlərin satışı zamanı tarif və yığımları düzgün tətbiq etmək; Sərnişinlərə aviabiletlərin qiymətləri, reyslər, daşıma qaydaları və xidmətlər barədə düzgün və dolğun məlumat vermək; Sərnişinlərin tələbatına uyğun aviabiletləri təqdim etmək və satış prosesini operativ şəkildə həyata keçirmək; Aviabiletlərin sərnişinin iştirakı və şəxsiyyəti təsdiq edən sənəd əsasında rəsmiləşdirilməsini təmin etmək; Sərnişinlərə növbə ardıcıllığına uyğun, nəzakətli və keyfiyyətli xidmət göstərmək; Aviabiletlərin satışı və rəsmiləşdirilməsi zamanı müəyyən edilmiş prosedur və qaydalara riayət etmək; Ödənişləri düzgün və tam qəbul etmək və müvafiq satış sənədlərini rəsmiləşdirmək; Sərnişinlərə satışdan əvvəl və sonra aviadaşıma ilə bağlı zəruri məlumat və izahları vermək; Əmək intizamına və iş qrafikinə riayət etmək. İş qrafiki - 2 növbəli 1-ci növbə saat 08:00-dan – saat 20:00-dək, 2-ci növbə saat 20:00-dan – saat 08:00-dək (ardıcıl davam edən 2 (iki) iş günü və onun ardınca gələn 2 (iki) istirahət günlərindən ibarətdir) Əməkhaqqı Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq. İş yeri Heydər Əliyev Beynəlxalq Aeroportu Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .