Местоположение: Bakı
Vəzifə öhdəlikləri Şirkətin uzunmüddətli marketinq və brend strategiyasının hazırlanması və icrasına rəhbərlik etmək; Premium brend strategiyasının formalaşdırılması və istehlakçı təcrübəsinin inkişaf etdirilməsi; Süd və süd məhsulları kateqoriyası üzrə bazar araşdırmaları, istehlakçı davranışları və rəqib analizlərini həyata keçirmək; Şirkətin məhsul kateqoriyaları üzrə inkişaf strategiyasının hazırlanması və həyata keçirilməsi; Məhsul portfelinin inkişafı, yeni məhsulların dizaynı, bazara çıxarılması və mövqeləndirilməsi proseslərini idarə etmək; Marketinq büdcəsinin hazırlanması və idarə olunması; Satış komandası ilə sıx əməkdaşlıq edərək satış hədəflərinin reallaşdırılmasına dəstək vermək; Müştəri loyallığının artırılmasına yönəlmiş təşəbbüslərin hazırlanması və idarə edilməsi; Brend göstəricilərini və bazar dinamikasını müntəzəm təhlil edərək rəhbərliyə hesabatlar təqdim etmək. Bazar payının artırılması məqsədilə yeni satış və təşviq imkanlarının müəyyənləşdirilməsi; Satış komandasının fəaliyyətinin təşkili, inkişafı və performansının qiymətləndirilməsi; Namizədə tələblər Marketinq, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil; FMCG sektorunda, üstünlük olaraq qida və ya süd məhsulları sahəsində minimum 5 il iş təcrübəsi; Brend idarəçiliyi və məhsul marketinqi sahəsində uğurlu layihələr üzrə təcrübə; Marketinq strategiyalarının hazırlanması və icrasında praktiki biliklər; Güclü analitik və strateji düşünmə qabiliyyəti; Liderlik, komanda idarəetməsi və effektiv ünsiyyət bacarıqları; Azərbaycan və rus dilində mükəmməl danışıq, ingilis dili biliyi üstünlük hesab olunur; MS Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı. Xanım namizəd Təklif edirik Bazar səviyyəsinə uyğun rəqabətli əməkhaqqı və motivasiya sistemi; Böyüməkdə olan premium qida brendinin inkişafında iştirak etmək imkanı; Nahar şirkət tərəfindən təmin edilir Ünvan: Binəqədi yolu 100 Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerinə “Brend menecer” yazaraq göndərmələri xahiş olunur. Əlaqə 055 293 13 39